“Bakını “rahat sex” şəhərlərinə bənzədirlər” - Sensasion açıqlama

“Bakını “rahat sex” şəhərlərinə bənzədirlər” - Sensasion açıqlama

Bəstəkar-müğənni Murad Arif sosial şəbəkədə müzakirələrə səbəb olan paylaşım edib."Qafqazinfo” xəbər verir ki, o, Azərbaycan mentaliteti ilə bağlı fikirlərini bölüşüb.

Murad Arif qeyd edib ki, Rusiya kanallarında Bakını "rahat sex” şəhərlərinə bənzədirlər:

"Kəlmələrin gücü olmalıdır. Sözün kəsərini qorumaq lazımdır. Əslində "mentalitet" gözəl ifadədir, ta ki ondan pərdə kimi istifadə edənədək, o sözün şitini çıxardanadək. O qədər normal sayılacaq şeyləri - məsələn ər-arvadın əl-ələ tutub gəzməyini, uşağın yanında yoldaşına sevgini bildirməyi, müğənni bəylərin saç boyamasını, boşanmış qızlarımızın ikinci dəfə ailə qurmağını, cavan uşaqların yayda şortik geyinməyini mentalitetə sığışdırdınız ki, əsl dəyərlərdən, ərəblərin quş ovundan fikrinizi yayındırdınız.

Azərbaycanlılar torpaq qarışıq çox şeyi itirdi. Turistlərin rahatlığı üçün küçələrimizdə "seks-turizmə” də başladıq?

Onsuz da dünya ictimaiyyətinin gözündə "işğal olunmuş” (burada başqa kəlmələr də yer ala bilərdi, amma milli mətbuat mövzunu dəyişə bilər deyə, işlətmədim) gündəyik. Bundan sonra "Martirosyanların” Rusiya kanallarında Bakını "rahat sex” şəhərlərinə bənzədib vedrə qoşmaqları qalıb. Dəyər axtarıram ki, bizi özümüzə gətirsin”.

 

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...