Uçqun altında qalan körpə necə xilas olub? - Baş həkim danışır

Uçqun altında qalan körpə necə xilas olub? - Baş həkim danışır
 Bu gün Lerik rayonunun Orand kəndində baş vermiş dəhşətli hadisə zamanı ağır xəsarət alan 1 yaşlı oğlan təcili tibbi yardım briqadası ilə xəstəxanaya aparılır.

Sfera.az xəbər verir ki, Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev lent.az-a bildirib ki, artıq körpə kənddən götürülüb: "Hazırda rayon mərkəzinə qayıdırıq. İlkin vizual müayinə edərkən həyati təhlükəsinin olmadığını müəyyənləşdirdik. Bununla belə, dərin müayinələr aparılmalıdır. Uşaq bir neçə gün xəstəxanada qalmalıdır".

 
 Baş həkim bildirib ki, hadisə vaxtı ailənin 4 üzvü ölsə də, 1 yaşlı Elcan beşikdə olduğundan və qalın bələndiyindən sağ qalıb.
 
Kəndə gedən yolun bəzi hissələrində qarın qalınlığının 2 metrə çatdığını deyən baş həkim hadisə vaxtı ev sahibinin və oğlunun tövlədə heyvanlara baxdığını və bu səbəbdən sağ qala bildiklərini əlavə edib: "Evin arxa hissəsi dağa söykənmiş vəziyyətdədir. Buradakı qalın qar kütləsi ağırlığını evin üzərinə salıb və uçqun baş verib".
 
Baş həkim bildirib ki, vəfat edən şəxslər bu gün dəfn ediləcək.

OXŞAR XƏBƏRLƏR

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...

Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik

“Apple” yeni “iPhone 17 Pro” və “Pro Max” modellərində səmərəliliyi artırmaq üçün mühüm bir yeniliyə imza atıb. Şirkət bu mo...