Rəşad Sadıqov eyham vurdu: Bu futbolçu "Zirə"dən QOVULA BİLƏR

Rəşad Sadıqov eyham vurdu: Bu futbolçu

"Maraqlı və gərgin oyunun şahidi olduq. Hər iki komanda qələbə üçün mübarizə aparırdı. Standart vəziyyətdən qol buraxdıq. İlk hissədə qoldan sonra reaksiya verə bilmədik. İkinci hissədə fərqli "Zirə" gördük. Sadəcə olaraq, son vuruşlarda dəqiqlik çatmadı. Buradan 1 xalla ayrıla bilərdik. Məyusuq".

 

Sfera.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 5-ci turunun "Qəbələ" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

 

- Ötən mövsüm "Qəbələ"yə 4 oyunun 2-də uduzmuşdunuz. Rəşad Sadıqov Elmar Baxşıyevlə bacarmır, yoxsa, "Zirə" "Qəbələ" ilə?

 

- Ümumiyyətlə, "Qəbələ" ilə oyunlarımız nəticə baxımından uğursuz alınır. Elə matçlar olub ki, açıq-aşkar üstün oynayırdıq. Bu gün seçim imkanım olsaydı, "Qəbələ" ilə qarşılaşmaq istəməzdim. Bilirdik ki, rəqib son döyüşə çıxacaq. İstəkli idik, növbəti qələbəni qazanmaq istəyirdik. Alınmadı, təhlil edəcəyik.

 

- İlkin Muradovun əsas komandada olmamasının səbəbi nədir? Onu cəzalandırmısız?

 

- Cəzalandırmaq deməzdim. İlkin komandamızdadır. Performansı ilə bağlı belə qərar vermişik. Növbəti turlarda meydanda da görə bilərik, komandadan gedişini də.

 

- Onun problemi nədir?

 

- Elə məsələlər var ki, media qarşısında danışa bilmərik. Bəzi problemlər var. Çözməyə çalışırıq.

 

- Qismət Alıyevə meydanda hansı tapşırıq vermişdiniz?

 

- Bilirdik ki, keçmişdə bu mövqedə oynayıb. İsmayılın itkisindən sonra yerli oyunçu ilə bağlı problem yaşayırıq. Buna görə belə qərar verdik. Yaxşı oynayırdı.

 

- Milli komandaya "Zirə"dən kimlərin çağırılacağını gözləyirsiniz?

 

- Yəqin ki, bizdən çağırılanlar əsas heyətdə oynamayacaq. Mən məşqçi olaraq istəyərdim ki, getməsinlər, bizimlə birlikdə hazırlaşsınlar. Amma çağırsalar, futbolçular da canla-başla gedəcəklər.


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...