\"Moskva görüşündən də ciddi nəticələr gözləmirəm...\" - Qüdrət Həsənquliyev

\

"Qarabağda hansı quldurun hansı vəzifəni tutması, kimin dalında kimin barmağının olması heç nəyi dəyişən deyil"

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik:

 

- Qüdrət bəy, Qarabağdakı seperatçı rejimin təmsilçiləri  arasında baş verənlər və xarici işlər nazirlərinin gözlənilən Moskva görüşü barədə fikirlərinizi bilmək istərdik.

 

- Seperatçı rejim qürubunu yaşayır.İki qonşu xalq arasında qanlı savaş salmış rejim təmsilçiləri boğazlarındakı kəndirin hər keçən gün sıxıldığını anlayırlar. Cəhənnəmə gedən özünə yoldaş axtardığı kimi ,onlar da türkə nifrət ruhunda tərbiyə etdiklərindən də bəzilərini özləri ilə cəhənnəmə aparmaq istəyirlər. Köçəryan, Sarkisyan, Babayan, Araik və s. bu kimi müharibə canilərinin həbs edilərək azad edilmiş Xankəndidə ədalət mühakiməsi qarşısına çıxarılması vaxtı çatıb. Qarabağda hansı quldurun hansı vəzifəni tutması, kimin dalında kimin barmağının olması heç nəyi dəyişən deyil. Azərbaycan Qarabağ üzərində suverenliyini bərpa etməlidir və edəcək. Regionda baş verən geosiyasi dəyişikliklər Xankəndidə antiterror əməliyyatlarını qaçılmaz edir. Yalnız belə tədbirlərdən sonra Ermənistanla ədalətli sülh sazişi imzalamaq olar. Qarabağın azadlığından sonra qonşular, o cümlədən ermənipərəst Qərb dairələri bizimlə daha səmimi, bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər quracaqlar. Hazırda Ermənistan və bölgədə marağı olan vasitəçilər hərəsi öz marağından Qarabağdakı mövcud status-kvonu qoruyub saxlamaq və bizə ümidlər verməklə danışıqları özləri üçün əlverişli şərait yaranana qədər uzatmağa çalışırlar. Amma nəzərə almırlar ki, Azərbaycan keçmişdən nəticə çıxarıb.Ona görə  Moskva görüşündən də ciddi nəticələr gözləmirəm.

 

- Türkiyədə prezident seçkilərinin ikinci turunda Sinan Oğanın kimi müdafiə edəcəyini proqnozlaşdırırsınız?

 

- Sinan Oğan bilir ki,Azərbaycanda ona hörmət edirlər və azərbaycanlıların da prezident seçkilərində rəğbəti kimədir. O, türk millətçisi kimi Türkiyəni parçalamaq istəyən ad dəyişmiş, maskalanmış PKK-çılarla bir yerdə ola bilməz. Əminəm, Sinan bəy fərqindədir ki, AKP parlament seçkilərini udub və dövlətçilik ənənələri olan türk xalqı prezident seçkilərində Kılıçdaroğluna səs verməklə ölkəni siyasi böhrana soxmaz. Bu baxımdan Ərdoğanın onun səsinə ciddi ehtiyacı yoxdur. Çünki Kılıçdaroğluna səs verənlərin çoxu ikinci turda Ərdoğana səs verəcək. Sinan Oğan MHP-nin keçmiş üzvü kimi onu da görür ki, MHP-nin  Ərdoğanı dəstəkləməsinin nəticəsi olaraq nə MHP bir partiya olaraq, nə də Türkiyə dövləti  heç nə itirməyib. O, düzgün qərarı ilə əsil türk millətçisi olduğunu və 5%-dən artıq səs toplamasının təsadüfi olmadığını sübut etməlidir.

 


OXŞAR XƏBƏRLƏR

Polis 5 saat ərzində seks kuklasının dəhşətli "qətlini" araşdırdı - FOTOLAR

Almaniyanın Rostok şəhərində baş verən qeyri-adi hadisə ilə bağlı martın 30-da məlumat verilib. Belə ki, polisə yoldan keçən bir nəfər həyəcan verici kəşflə bağ...

Tənəklərlə əhatə olunmuş kənd turist möcüzəsinə çevrilir - FOTO

Çində təbiətin demək olar ki, insan həyatının bütün izlərini sildiyi bir yer var.   Şanxaydan dörd saatlıq məsafədə, Şenxi arxipelaqının dərinlikləri...

Qadın 18 ildən sonra danışıb: Hansı texnologiya kömək etdi?

47 yaşlı qadına insult keçirdikdən sonra 18 il danışmayıb. 18 il sonra ona ilk dəfə öz fikirlərini şifahi şəkildə ifadə etməyə imkan verən kvadriplegiyası beyin...

Aprel döyüşlərindən 9 il ötür

Bu gün Azərbaycan Ordusunun Aprel zəfərindən doqquz il ötür.   Sfera.az-ın məlumatına görə, 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilə...

Putinin əmlakı açıqlandı

Rusiya Prezidenti Vladimir Putin 2024-cü il üçün gəlir və xərclər haqqında bəyannamələri müəyyən edilmiş müddətdə təqdim edib.   Sfera.az TASS-a isti...

Aparıcı Nigar Fərhad təhdidə keçdi: vəkillərim dəlil toplayır - VİDEO

"Kanal S"in aparıcısı Nigar Fərhad onu təhqir edən şəxslərlə bağlı hüquqi addımlar atacağını bildirib.   Sfera.az xəbər verir ki, aparıcı b...