Firəngiz Rəhimbəyovanın son sözləri: “Azərbaycanda qalsaydım...”

Firəngiz Rəhimbəyovanın son sözləri: “Azərbaycanda qalsaydım...”

“Dedi-qodular, aravurmalar, bir-birinin ayağının altını qazma halları, bir sözlə çirkin münasibətlər həddindən artıq çoxalıb. Belə yaramaz...”

 

Sfera.az xəbər verir ki, bu sözləri bu yaxınlarda vəfat edən aktrisa-müğənni Firəngiz Rəhimbəyovaya mətbuata verdiyi sonuncu müsahibəsində söyləyib. O, öz həmkarlarını nəzərdə tutaraq əlavə edib:

 

“Bu, yalnız onu göstərir ki, həmin insanlar öz yaradıcılıqlarına, istedadlarının potensialına inamsızdırlar. Hansı zirvəyə çatırsan çat sən, ilk növbədə, insan olaraq qalmağı bacarmalısan. Əgər buna iqtidarın çatmırsa, davranışında həmkarlarına qarşı etikaya sığmayan hörmətsizliyə, etinasızlığa yol verirsənsə, deməli, sən bir sənətkar olaraq ayaq üstə möhkəm dayanmağı hələ bacarmırsan. Nə yaxşı ki, mən bütün bunlardan uzağam”.

 

Son müsahibəsində Firəngiz Rəhimbəyova Amerikada yaşadığı günlərdən də söhbət açıb:

 

“Los-Ancelesdə “Rossiya” restoranında mütəmadi olaraq “Bakı axşamları” təşkil edirəm. Bu axşamlar təkcə Los-Ancelesdə kifayət qədər saya malik azərbaycanlıların, yaxud, ümumiyyətlə, keçmiş bakılıların və eks-sosialist insanlarının deyil, bütün digər millətlərin marağına səbəb olur. Hətta restoranın zalı çox zaman darlıq edir. Musiqimizi təbliğ etməklə yanaşı restoranın aşpazlarına milli mətbəximizin əvəzolunmaz təamlarını bişirməyi də öyrədirəm... Bakı axşamları çox maraqlı keçir - biz paytaxtımızın tarixinə aid faktları xatırlamaqdan yorulmuruq. Belə söhbətlər xatirələrimizi, təəssüratlarımızı təzələmək imkanı verir. Həmyerlilərimizin toy məclisləri mütləq azərbaycansayağı keçir”.

 

Firəngiz Rəhimbəyovanın Bakını tərk etməyinin əsas səbəblərindən biri ailəsi ilə bağlı olub. Belə ki ailəsinin yeganə və həm də ən yaxın üzvləri olan dayısı ilə böyük bacısı uzun illər idi ki, okeanın o tayında yaşayırmışlar: “Və mən heç cürə onlardan ayrı yaşamaq istəmirdim. Daha bir səbəb isə qızımla əlaqəlidir. O mənada ki, mən həmişə istəmişəm ki, qızımı yaxşı bir gələcəklə təmin edim. Bu isə, ilk növbədə, mükəmməl təhsil almaq deməkdir. Mükəmməl təhsil, müvafiq iş və yaşayış mühiti insanın öz arzu və planlarını həyata keçirməsindən ötrü zəruri amillərdir.

 

Buna görə də mən öz karyeramı qurban verdim. Baxmayaraq ki o vaxt Bakıdakı yaradıcılığım çox gözəl tərzdə və intensiv şəkildə inkişaf edirdi. Güman edirəm ki, Azərbaycanda qalsaydım, belə də davam edəcəkdi. Amma indi hesab edirəm ki, özümü karyerama qurban vermiş adam kimi hiss etməməliyəm. Çünki hələ bundan sonra da bir sənətçi olaraq sözümü deyə bilərəm. Ona görə bu qənaətdəyəm ki, bir müğənni kimi formadayam, daim öz üzərimdə işləyirəm və ən vacibi vətənimdə unudulmadığımı bilirəm, dəfələrlə bunun şahidi olmuşam, bundan böyük, bundan güclü dayaq ola bilməz. Məni sevən, mənim sənətimə dəyər verən hər bir dinləyicimə sonsuz minnətdarlığımı bildirirəm”. (kuls.az)


OXŞAR XƏBƏRLƏR

Polis 5 saat ərzində seks kuklasının dəhşətli "qətlini" araşdırdı - FOTOLAR

Almaniyanın Rostok şəhərində baş verən qeyri-adi hadisə ilə bağlı martın 30-da məlumat verilib. Belə ki, polisə yoldan keçən bir nəfər həyəcan verici kəşflə bağ...

Tənəklərlə əhatə olunmuş kənd turist möcüzəsinə çevrilir - FOTO

Çində təbiətin demək olar ki, insan həyatının bütün izlərini sildiyi bir yer var.   Şanxaydan dörd saatlıq məsafədə, Şenxi arxipelaqının dərinlikləri...

Qadın 18 ildən sonra danışıb: Hansı texnologiya kömək etdi?

47 yaşlı qadına insult keçirdikdən sonra 18 il danışmayıb. 18 il sonra ona ilk dəfə öz fikirlərini şifahi şəkildə ifadə etməyə imkan verən kvadriplegiyası beyin...

Aprel döyüşlərindən 9 il ötür

Bu gün Azərbaycan Ordusunun Aprel zəfərindən doqquz il ötür.   Sfera.az-ın məlumatına görə, 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilə...

Putinin əmlakı açıqlandı

Rusiya Prezidenti Vladimir Putin 2024-cü il üçün gəlir və xərclər haqqında bəyannamələri müəyyən edilmiş müddətdə təqdim edib.   Sfera.az TASS-a isti...

Aparıcı Nigar Fərhad təhdidə keçdi: vəkillərim dəlil toplayır - VİDEO

"Kanal S"in aparıcısı Nigar Fərhad onu təhqir edən şəxslərlə bağlı hüquqi addımlar atacağını bildirib.   Sfera.az xəbər verir ki, aparıcı b...