\"Bununla İran heç nəyə nail ola bilməz, əksinə...\"

\

Sfera.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir:

 

- Qüdrət bəy, İranın Qafan rayonunda konsulluq açmasına münasibətinizi bilmək istərdik.

 

- İran regional oyunçuya çevrilmək istəyir, amma alınmır. Azərbaycanı qıcıqlandırmağa çalışmaqla isə heç nəyə nail ola bilməz. Bizim əsəblərimiz çox möhkəmdir. İran bu kimi addımları ilə öz daxilində gərginliyi artırmaqdan və dünyada daha çox məmləkət tərəfindən destruktiv ölkə kimi tanınmaqdan başqa heç nəyə nail olmayacaq. Nə əsl müsəlmanlar, nə də cənublu soydaşlarımız bunu İrandakı teokratik rejimə bağışlaya bilməz. Ermənistan 10 noyabr sazişini icra etməli, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməli, etnik seperatizmi qızışdırmamalı, bizimlə sülh müqaviləsi imzalamalıdır. İran rəsmiləri də Allahdan qorxub gələcək itkilərin qarşısını almaq, regionda sabitliyi və əməkdaşlığı təmin etmək üçün Ermənistanı qızışdırmaq və ona yalandan ümidlər vermək əvəzinə onu başa salmalıdırlar ki, Azərbaycanın sülh təklifinin alternativi yoxdur. Regiona sülh və əməkdaşlıq lazımdır.

 

- Son vaxtlar bəzi Ermənistan vətəndaşlarının Azərbaycan vətəndaşlığı almaları üçün Azərbaycan Respublikası Prezidentinə müraciət etməsinə necə baxırsınız?

 

- Ermənilər zaman-zaman soydaşlarımıza çox acılar yaşadıblar, dinc insanlara qarşı çoxsaylı qansız cinayətlər törədiblər. Çoxlu soydaşımızı yurd-yuvalarından didərgin salıblar, qədim torpaqlarımızı ələ keçiriblər, Azərbaycan dövlətçiliyinə çox ciddi ziyan vurublar. Yaralar hələ sağalmayıb. Barış olmadan ermənilərin  təhlüləkəsizliyini təmin etmək çətin olar. İlk öncə sülh sazişi imzalanmalı, Qarabağdakı ermənilər Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməlidirlər. Bundan sonra barış istiqamətində addımlar atılmalıdır. Dünyanın bir çox xalqları və dövlətləri yüz illərlə bir-biri ilə vuruşub sonra barışaraq dinc qonşuluq siyasətinə üstünlük verib, bu yolla inkişaf ediblər. Az-çox ağlı başında olan ermənilər də işğal siyasətinin puç olduğunu  başa düşüb bu tipli müraciətlər edirlər. Müraciət edən şəxslər anlayırlar ki, düşmənçiliyə son qoyulmalıdır, bunu hər iki xalqın mənafeləri tələb edir. Müraciət edənlər, Ermənistanda çoxlarının düşündüyü kimi öz xalqlarına xəyanət edənlər yox, onun gələcəyini düşünənlərdir.


OXŞAR XƏBƏRLƏR

Polis 5 saat ərzində seks kuklasının dəhşətli "qətlini" araşdırdı - FOTOLAR

Almaniyanın Rostok şəhərində baş verən qeyri-adi hadisə ilə bağlı martın 30-da məlumat verilib. Belə ki, polisə yoldan keçən bir nəfər həyəcan verici kəşflə bağ...

Tənəklərlə əhatə olunmuş kənd turist möcüzəsinə çevrilir - FOTO

Çində təbiətin demək olar ki, insan həyatının bütün izlərini sildiyi bir yer var.   Şanxaydan dörd saatlıq məsafədə, Şenxi arxipelaqının dərinlikləri...

Qadın 18 ildən sonra danışıb: Hansı texnologiya kömək etdi?

47 yaşlı qadına insult keçirdikdən sonra 18 il danışmayıb. 18 il sonra ona ilk dəfə öz fikirlərini şifahi şəkildə ifadə etməyə imkan verən kvadriplegiyası beyin...

Aprel döyüşlərindən 9 il ötür

Bu gün Azərbaycan Ordusunun Aprel zəfərindən doqquz il ötür.   Sfera.az-ın məlumatına görə, 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilə...

Putinin əmlakı açıqlandı

Rusiya Prezidenti Vladimir Putin 2024-cü il üçün gəlir və xərclər haqqında bəyannamələri müəyyən edilmiş müddətdə təqdim edib.   Sfera.az TASS-a isti...

Aparıcı Nigar Fərhad təhdidə keçdi: vəkillərim dəlil toplayır - VİDEO

"Kanal S"in aparıcısı Nigar Fərhad onu təhqir edən şəxslərlə bağlı hüquqi addımlar atacağını bildirib.   Sfera.az xəbər verir ki, aparıcı b...