“Bu şəxslərin sığorta məbləği daha yüksək hesablanmalıdır” – TƏKLİF

“Bu şəxslərin sığorta məbləği daha yüksək hesablanmalıdır” – TƏKLİF

Azərbaycan sığorta sektorundakı ümumi vəziyyət və sığortanın hüquqi tərəfləri ilə bağlı "Ata-Hüquq” şirkətinin rəhbəri, "Qarant Sığorta Agenti”nin təsisçisi Elnur Abbaszadə Sfera.az-a müsahibə verib.

 

- Elnur bəy, əvvəllər (10-15 il öncə) siğorta sisteminə olan inam, etimad zəif idi. Hazırda bu sahədə vəziyyət necədir? Siğortaolunanlar sistemə inanırmı, etimad güclənirmi?

 

- Azərbaycanda sığorta bazarının davamlı inkişafı mühüm əhəmiyyət kəsb edir. Bu sahənin müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində son 10 il ərzində böyük işlər, mühüm tədbirlər həyata keçirilib. “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə maliyyə sahəsi qarşısında çevik, rəqabətqabiliyyətlilik və innovativlik kimi yeni vəzifələr müəyyən edilib. Bu gün sığorta sisteminə olan inam artıb, eyni zamanda konservativ yanaşma tədricən aradan qalxıb. 

Sığortanın başlıca mahiyyəti gözlənilməz hər hansı bir hadisə baş verdiyi zaman və bu hadisənin nəticəsi mənfi olduğu halda vətəndaşa dəyən zərərin minimallaşdırılmasıdır. Son on ildə sığorta sahəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün maliyyə sahəsində hədəflərin sırasında sığorta bazarının inkişafı üçün bazar iştirakçılarına əlverişli mühitin yaradılması, bu sahədə fəaliyyət göstərən dövlət və özəl şirkətlərin kapitallaşması, aktivlərin sağlamlaşdırılması, məlumatların mübadiləsi sisteminin inkişafı dayanır. Bununla yanaşı, müştərilərin hüquqlarının müdafiəsi üzrə etibarlı mexanizmlərin yaradılması və digər istiqamətlərdə tədbirlərin görülməsi yer alır. 

 

Burada əsas məqsəd sığorta bazarının genişləndirilməsi, bazarın ümumi biznes həcminin artırılması, bunun üçün mövcud könüllü sığorta məhsullarının təkmilləşdirilməsi və yeni növ məhsulların yaradılması tədbirləri, hüquqi bazanın genişləndirilməsi və icbari sığorta növlərinin artırılması üzrə fəaliyyətdir.

- Sığorta bazarının həcmi 700 milyon manati ötüb. Yığımların daha da artırılması imkanları varmı? Necə düşünürsüz, digər ölkələrlə müqayisədə bazarın böyüklüyünü qənaətbəxş saymaq olarmı?

 

- 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda sığorta bazarı 5,8% böyüyüb. Bu ilin ilk dörd ayında 358,771 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Sığortanın nüfuzetmə faizinin Ümumi Daxili Məhsuldakı payı son onillikdə üç dəfəyə yaxın artaraq təxminən 1%-ə çatsa da, bu göstərici inkişaf etmiş ölkələrlə müqayisədə hələ də çox aşağıdır. Bunu, həmçinin ölkədəki “sığorta sıxlığı”na da aid etmək olar. 


Ölkədə son illərdə sığorta sektorunun inkişafı adına bir sıra müsbət meyillər cərəyan etsə də, müəyyən boşluqların və mənfi trendlərin də kifayət qədər olması və sektordakı inkişafın öz potensialının çox aşağısında olması müşahidə olunur.  2018-2019-cu illərdə daşınmaz əmlakın sığortası olmadığı təqdirdə vətəndaşlar üçün cərimələr tətbiq olunacağı bildirilmişdi. Hətta bu barədə vətəndaşlar arasında ajiotaj belə yaranmışdı. Həmin dönəmdə daşınmaz əmlakın icbari sığortası üzrə yığımda demək olar ki, 20 faiz artım müşahidə olunurdu.

 

- Sığorta növləri üzrə hansında yığımları artırmaq imkanları böyükdür?    


- Hazırda ən çox tibbi sığorta, avtonəqliyyat vasitələrinin sığortası (kasko) və daşınmaz əmlakın sığortalarını artırmaq imkanları daha böyükdür.


- Elnur bəy, avtomobil hissələrinin qiymətinin artması ilə əlaqədar təklif edilir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının məbləği artırılsın. Bu təkliflə razısınızmı?

 

- Bəli, bu təklif ilə razıyıq, çünki 3-cü şəxslər qarşısında mülki məsuliyyətin sığorta haqqı aşağı olduğuna görə qarşı tərəfə verilən təminat hər bir hadisə üzrə beş min manat təşkil edir. Amma faktiki olaraq dəyən ortalama zərər min beş yüz manatdan səkkiz min manata qədər olur. Bu da vətəndaşlar və tərəflər arasında böyük bir narazılıq yaradır. 


Zərərin dəyərinin artması ehtiyat hissələrinin bahalaşması ilə bağlıdır. 2015-ci ildə devalvasiya olduqdan sonra ehtiyat hissələrinin manatla qiyməti xeyli yüksəlib. Digər tərəfdən, son vaxtlar ABŞ dolları bahalaşdığından Azərbaycana gələn ehtiyyat hissələrinin qiyməti də artır. Bu səbəbdən də qarşı tərəfə dəymiş zərərə görə ödəniləcək olan beş min manat pul vəsaiti vətəndaşlar arasında narazılığa səbəb olub. Əgər sığorta məbləğinin sığorta haqqı və təminat məbləğinin qiymətində hər hansısa bir dəyişiklik olsa, həm sığorta şirkətinə, həm də vətəndaşa müsbət hal kimi qiymətləndirilə bilər.

- Bəzi sığorta şirkətləri “Toyota Prius” markalı avtomobilləri sığortalamaqda maraqlı deyil? Bu nə dərəcədə düzgündür?


- Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan bir çox şirkət yanacaq az istifadə olunduğuna görə “Toyota Prius” markalı avtomobillərə üstünlük verir. Bu səbəbdən də sözügedən “Toyota Prius” markalı avtomobillərinə görə, yol-nəqliyyat hadisələri çox olduğundan sığorta şirkətləri bu tip nəqliyyat vasitələrini sığortalamaqdan imtina edir. 


Düşünürəm ki, Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan, istər hüquqi istərsə də fiziki şəxslərin taksi fəaliyyətinə görə sığorta məbləğində tam fərqli yanaşma olsun. Misal üçün fiziki və ya hüquqi şəxs taksi fəaiyyəti ilə məşğul olursa, risk qrupu silsiləsinə aiddirsə, o zaman onlara xüsusi tariflər təyin edilsin. Yəni, sözügedən taksi fəaliyyəti ilə məşğul olan istər fiziki, istər hüquqi şəxslər risk qrupuna aid olduqları üçün onlarda sığorta məbləği daha yüksək hesablanmalıdır.


Son olaraq onu qeyd edim ki, bu gün sığorta bazarı aşağıdakı deviz altında öz işini davam etdirir. Azərbaycanda bütün əmlakın və biznes fəaliyyətinin sığorta təminatı olmalıdır və hər bir insanın icbari tibbi sığortası, hər bir insanın həyat sığortası olmalıdır. Bundan başqa, hər növ daşınmaz əmlakın, qəzalı, yarımçıq və özbaşına tikili istisna olmaqla bütün digər tikililər icbari şəkildə sığorta olunmalıdır. Bu zaman əmlakın sığorta edilməsi ilə bağlı çıxarış, alqı-satqı müqaviləsi, mənzil sertifikatı və digər sənədlər əsasında əmlak sığorta edilir. Azərbaycan Respublikası Qanununa əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri- yaşayış sahələrinin, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Bundan əlavə, daşınmaz olan və ona faktiki sahibliyi həyata keçirən şəxslər həmin əmlakı icbari qaydada sığorta etməlidirlər. Daşınmaz əmlakların sığortalanması onlayn sistemi vasitəsilə də qısa bir müddət ərzində həyata keçirilir. Son illər sığortanın növləri və çeşidləri xeyli dərəcədə artmışdır. Bunlardan avtomobil nəqliyyatlarının sığortası məcburidir. İstehsalatda bədbəxt hadisələrdən sığorta, həyat sığortası və digər çoxlu sayda sığorta sahələri mövcuddur.


Azərbaycan Sığorta Bazarı ölkədə mühüm maliyyə kompensasiyası sisteminin yaradılmasına və sığorta münasibətlərinin qabaqcıl beynəlxalq sığorta bazarlarına uyğunlaşdırılmasına nail olub.

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu sektorun inkişafı ilə bağlı hər bir çıxışı, söylədiyi fikirlər, davamlı inkişafa hesablanmış tezisləri sığorta sahəsində əsaslı yol xəritəsi təşkil etmişdir. Ölkə başçısı 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə qeyd etmişdir ki, Azərbaycanın sığorta sektorunda ciddi boşluqlar var və bu mövcud vəziyyətin sağlamlaşdırılması üçün maarifləndirmə işləri daha da gücləndirilməlidir: 

 

“Mən bunu əvvəllər də demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır”.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ

Azərbaycan 2025-ci ilin iyun ayında “Davamlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu” adlı Beynəlxalq Konfra...

Azərbaycanda COP29 Çərçivəsində Dini və Milli Tolerantlıq: Dayanıqlı İnkişafın Təminatı

Azərbaycan tarixi boyu müxtəlif dini və milli icmaların birgə yaşadığı mədəniyyətlərin kəsişmə nöqtəsi olub. Bu müxtəliflik ölkənin həm daxili sabitliyini, həm ...

Milli Məclisin deputatı NATO PA-nın illik sessiyasında iştirak edəcək

Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov Assambleyanın 70-ci illik sessiyasında iştirak etmək üçün noyabrın 22-...

COP29-da iqlim böhranının fəsadlarının aradan qaldırılmasına nə qədər vəsait ayrılacaq?

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) başa çatmasına az qalıb. Bu anda ən diq...

Bu imtahanın tarixi məlum oldu - RƏSMİ

Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan gömrük orqanlarına xidmətə qəbul ilə bağlı növbəti müsabiqə elan edilib.   Sfera.az komitəyə istinad...

Nazir müavini Ağdaşda vətəndaşları qəbul edəcək

Noyabrın 25-də iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Yevlax şəhəri, Ağdaş və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.   Sfera.az...