“Sosial şəbəkələr bütün insanları real həyatdan uzaqlaşdırır” - Psixoloq

“Sosial şəbəkələr bütün insanları real həyatdan uzaqlaşdırır” - Psixoloq
"Sosial şəbəkələrin bir neçə saatlıq çökməsinin psixoloji sarsıntı və travma yaradacağını düşünmürəm. Xüsusilə axşam saatlarında bu durğunluğun yaranması lap yaxşı oldu".
 
Bunu Sfera.az-a açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib. Psixoloq gərginliyin yalnız müəyyən qisim insanlarda yarana biləcəyini qeyd edib:
 
"Sosial şəbəkələrin çalışmadığı müddətdə insanlar ailələri ilə zaman keçirmək şansı qazandı. Yalnız sözügedən sosial şəbəkələr vasitələri ilə bağlı işləyən şəxslərdə müəyyən gərginlik yarana bilər. Lakin yenə də bu vəziyyət həmin şəxslərdə travma yarada bilməz. Dünən baş verən hadisə özlüyündə nümayiş etdirdi ki, biz hər şeydən məhrum ola bilərik.
 
Sosial şəbəkələrdən asılılığın real həyata çox mənfi təsirləri var. Belə ki, real həyatda özünü təsdiq edə bilməyən insanlar sosial şəbəkələrdə özünü başqa şəkildə cəmiyyətə təlqin etməyə başlayırlar və hansısa statusa sahib olurlar. Lakin bu insanlar real həyatda özlərini tapa bilməyən, özgüvənləri aşağı şəxslərdir ki. sosial şəbəkədə obraza girib cəmiyyətdə yer tutmağa çalışırlar.
 
Sosial şəbəkələr bütün insanları real həyatdan uzaqlaşdırır. Artıq real imkanlardan istifadə edib, ünsiyyət qurmaq aşağı səviyyədədir".
 
Qeyd edək ki, ötən gün "WhatsApp", "İnstagram" və "Facebook"da bir neçə saatlıq durğunluq yaranıb, istifadəçilər adıçəkilən şəbəkələrdən istifadə edə bilməyiblər.
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Ötən ay axtarışda olan 387 nəfər sərhəddə saxlanıldı

Noyabr ayında cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 387 nəfər saxlanılaraq aidiyyət...

Prezidentdən Məzahir Pənahovla bağlı FƏRMAN

Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinə yeni səlahiyyət verilib.   "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev...

“Fransa Ermənistana "Sezar" artilleriya silahları göndərəcək” - AÇIQLAMA

“Fransa 2024-cü ildə Ermənistana "Sezar" artilleriya silahları göndərmək niyyətindədir”.   Sfera.az bildirir ki, bunu politoloq...

Prezidentdən Çinlə bağlı FƏRMAN

2023-cü il oktyabrın 17-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Çin Xalq Respublikasının Milli Enerji Administra...

“Netanyahu müharibə cinayətkarıdır” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin 39-cu Nazirlə...

Pərvindən Razinin ərini "prokat" adlandıranlara CAVAB: "Gözlərim doldu" - VİDEO

Qalmaqallı model Razi Əliyeva (Raziyyat) Nicat adlı bəyə ərə gedib.   Sfera.az xəbər verir ki, onların xoş günündə iştirak edən aktrisa Pərvin A...