"Yaxşı hazırlaşmadan hücumlar etsək daha çox itki verərik" - Qüdrət Həsənquliyev

"Ermənistanda siyasi böhranı dərinləşdirib, növbəti mərhələdə müharibənin nəticələrini masa arxasında rəsmiləşdirməyi də asanlaşdırmalıyıq". 

Sfera.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalkq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsində deyib.


- Qüdrət bəy, niyə insanlarımız çox böyük tələskənliklə Qarabağın sürətlə işğaldan azad olunmasını istəyir? Hökumət isə, əksinə, vətəndaşlarımızı bir az səbrli olmağa çağırır.


- İnsanlarımızın tələsməsinin əsas səbəbi odur ki, xalqımız bu müharibəyə təkcə torpaqlarımızın işğaldan azad olunması kimi yox, Prezidentin dediyi kimi, həm də milli qürur məsələsi kimi baxır. Onlar  30 il gözləməkdən yorulublar. İkincisi, beynəlxalq siyasi konyukturanın dəyişəcəyindən qorxurlar. Narahatdırlar ki, Azərbaycanı hansısa yollarlara dayandıra bilərlər. Bura Ermənistanın altdan-altdan müsair silahlarla təchiz olunması, dünyanın müxtəlif ölkələrindən daha çox peşəkar muzdlunun erməni tərəfdən döyüşlərə cəlb olunması  da daxildir.


Hökumət isə fərqindədir ki, yaxşı hazırlaşmadan hücumlar etsək daha çox itki verərik. Həm də nəticə bizi qane etməz, istədiyimizə nail ola bilmərik. Hər bir əsgər və zabitimizin həyatı Ali Baş Komandan üçün əzizdir və dəyərlidir. Həm də görünən odur ki, hökumət həm düşmən ordusunda tam demoralizə prosesinin getdiyini görür, həm də regiona ciddi təsir edə biləcək dövlətlərin sonrakı davranışlarından ciddi narahatlıq keçirmir.


- Etiraf edək ki, "bağlı qapılar arxasında əldə olunmuş razılaşmalardan artığını etməyəcəyik" kimi fikirlər də dolaşmaqdadır.


- Bu tipli razılaşmanın olmasına inanmıram. Əgər belə bir razılaşma varsa, ona ciddi əməl edilməli, yaxud vəziyyətin dəyişməsi səbəbi ilə  yenidən müzakirə olunmalıdır. Amma istəyirəm hər birimiz  elə düşünməyək ki, başqası  ölkəmizi, ərazi bütövlüyümüzü  bizdən az istəyir. Əks-hücum əmrini Ali Baş Komandan verib. İşğalçılar haqqında da ən sərt sözləri o işlədib və onlar qarşısında  ən sərt tələblər qoyub. Dəfələrlə bəyan edib ki, işğalçı ordunun axırıncı əsgəri Azərbaycan ərazisindən çıxmayana qədər bizi heç kim dayandıra bilməz. Hər birimiz  Prezidentin xalqımızla birlikdə qələbələrimizə necə sevindiyini görürük. Amma hamı bir şeyi bilməlidir ki, hər bir halda torpaqlarımızı işğaldan azad edəcəyik. Bu tarixi şansı heç kim əldən buraxmaz.


Bundan başqa arxamızda Türkiyə kimi qüdrətli ordusu olan ölkə dayanır. Biz Türkiyəyə də sona qədər güvənməliyik. Ona görə də istəyirəm ki, xalqımız emosiyaları ilə Prezidentimizə təsir edib, zamanından tez, tələsik qərarlar qəbul etməyə sövq etməsin. Ordumuz çətin relyefi olan dağlıq və meşəlik  bir ərazidə döyüş aparır, torpaqlarımızın hər metrini qan tökməklə azad edir, misli görünməmiş rəşadət və qəhrəmanlıq göstərir. Bir az qabağa da baxmaq lazımdır. Zaman verməklə və növbəti qələbələrimizlə  Ermənistanda siyasi böhranı dərinləşdirib, növbəti mərhələdə müharibənin nəticələrini masa arxasında rəsmiləşdirməyi də asanlaşdırmalıyıq. Prezident uzun illər bu günə hazırlaşıb, apardığı  siyasi və struktur islahatları çərçivəsində möhkəm  milli həmrəyliyə nail olub. Diplomatiya müstəvisində və informasiya savaşında ciddi nailiyyətlər əldə olunub. Ən başlıcası isə hadisələrin gedişi də göstərir ki, haqq və ədalət uğrunda savaşdığımız üçün Allah da bizimlədir. Allah köməyimiz olsun!

OXŞAR XƏBƏRLƏR

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...