Döyüşlərin aktiv fazası başa çatıb - Bayramov

Döyüşlərin aktiv fazası başa çatıb - Bayramov
İzah etməliyəm ki, erməni hərbi dəstələri Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində dislokasiya olunmuş Ermənistan silahlı qüvvələrinin nizami bölmələridir. 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı silahlı təcavüzə başladı. Onun qoşunları ölkəmizə soxuldu və Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağı və onun ətrafındakı rayonları işğal etdi.

Sfera.az xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın "Milli müdafiə” jurnalına müsahibəsində bildirib.

"Erməni qoşunları bu təcavüzün gedişində çoxsaylı hərbi cinayətlər törədib, o cümlədən yaşayış məntəqələrini atəşə tutub, insanları girov götürüb, azərbaycanlı hərbi əsirləri və dinc sakinləri, o cümlədən qadınları və uşaqları qətlə yetirib, onlara işgəncə veriblər. Etnik təmizləmə nəticəsində bu ərazilərdəki yerli azərbaycanlı əhali oradan tamamilə qovulub.

1994-cü ilin may ayında atəşkəs elan ediləndən sonra döyüş əməliyyatlarının aktiv fazası başa çatıb. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi, Azərbaycan ərazilərinin işğaldan tamamilə, dərhal və qeyd-şərtsiz azad edilməsi haqqında tələblərin təsbit olunduğu dörd qətnaməsini yerinə yetirməkdən imtina etdi.

Ermənistan özünün hüquqazidd əməllərinin nəticələrini ört-basdır etmək üçün işğal olunmuş Azərbaycan ərazilərində oyuncaq rejim yaratdı. Bu addım dünya birliyini çaşdırmadı. Dünyada heç bir təşkilat, heç bir dövlət, yeri gəlmişkən, Ermənistan da daxil olmaqla İrəvanın nəzarəti altında olan oyuncaq qurumun legitimliyini tanımayıb.

Ermənistan bütün bu illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinə, əsas beynəlxalq təşkilatların çoxsaylı qərarlarına rəğmən məqsədyönlü şəkildə işğalçılıq siyasəti yürüdüb. Ermənistandan və digər ölkələrdən etnik ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə kütləvi şəkildə köçürülməsi təşkil edilib. İşğalçılar Azərbaycanın mədəni-tarixi irsini vəhşicəsinə məhv edir, yaşayış məntəqələrinin adlarını dəyişdirir, təbii ehtiyatları vəhşicəsinə istismar edirlər.

Ermənistanın danışıqlar masası arxasında mövqeyi qeyri-konstruktiv xarakter daşıyır, təcavüzün və işğalın nəticələrini möhkəmlətmək üçün vaxt qazanmaq məqsədi güdürdü. Buna paralel olaraq, Ermənistan atəşkəsi mütəmadi olaraq pozur, həm bizim silahlı qüvvələrin mövqelərini, həm də Azərbaycanın təmas xətti boyunca yaşayan mülki əhalisini atəşə tuturdu. Beləliklə, Ermənistan faktiki olaraq bizim dinc sakinləri girovlara çevirməklə terror taktikasını həyata keçirirdi.

Erməni tərəfin bu cür taktikası, məsələn, 2016-cı ilin aprelində münaqişə zonasında vəziyyətin kəskinləşməsinə gətirib çıxarmışdı. Bu il sentyabrın 27-də baş vermiş hadisələr xalqımızın səbir kasasını daşdıran son damla oldu. Bazar günü səhər tezdən erməni qoşunları faktiki olaraq, faşist işğalçıların 1941-ci il iyunun 22-də tətbiq etdikləri plan üzrə hərəkət edərək Azərbaycanın hərbi mövqelərini və təmas xətti boyunca yerləşən dinc yaşayış məntəqələrini şiddətli atəşə tutdular. Azərbaycanın Ağdam, Tərtər, Cəbrayıl və Füzuli rayonlarındakı kəndlərinə və qəsəbələrinə güclü artilleriya zərbələri endirildi. Azərbaycan vətəndaşları arasında ölənlər və yaralananlar oldu. Evlər, məktəblər, xəstəxanalar dağıdıldı.

Bu şəraitdə Azərbaycan tərəfi təcili cavab tədbirləri görməyə məcbur oldu. Bizim qoşunların əks-hücum əməliyyatlarının əsas məqsədi mülki əhalini sonrakı atəşlərdən və hücumlardan qorumaq idi", - XİN rəhbəri vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...