Müharibənin yarımçıq qoyduğu həyatlar: “Hər yer bədən üzvləri ilə dolu idi” – FOTO

Müharibənin yarımçıq qoyduğu həyatlar: “Hər yer bədən üzvləri ilə dolu idi” – FOTO
Ukrayna ilə Rusiya arasında 24 fevraldan başlayan müharibə davam edir.

Çerniqov şəhərində vətəndaşlar müharibənin dağıntıları arasında yaşayırlar.

Şəhər martın əvvəlində hücumlara məruz qalsa da, Rusiya ordusu tərəfindən ələ keçirilə bilməyib. Şəhərin kənarındakı mülki infrastruktur yararsız hala düşüb.
Xəstəxanalar, fabriklər, idman mərkəzləri və mülki binaların vurulduğu Çerniqov hücumlardan sonra normal həyata qayıtmağa çalışır.

Soyadını açıqlamaq istəməyən Çerniqov şəhər sakini Aleksey hücumlarda çoxlu sayda mülki vətəndaşın öldüyünü bildirib.

"Binamızın yanındakı xəstəxana, məktəb, fabrik və aptek vuruldu. Burada çox insan öldü. Hər yer bədən üzvləri ilə dolu idi. Hücumlar martın əvvəlində həyata keçirilib. İnsanlar soyuqda çöldə qalırdılar. Dəhşət yaşayırdıq”, - o deyib.
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

İyulun 2-də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şöv...

Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil?

Əvvəllər yalnız məktəbdən ayrılmaq istəyən IX sinif şagirdlərindən ərizə tələb olunurdusa, indi X sinfə keçmək üçün də valideyn ərizəsi istənilir.   ...

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...