"Müharibə veteranı" adı və vəsiqəsini almaq istəyənlərin NƏZƏRİNƏ!

Azərbaycanda "Müharibə veteranı" adı və vəsiqəsini almaq istəyən vətəndaşlar bunun üçün müəyyən prosedurları yerinə yetirmək məcburiyyətindədir.

Bu barədə Müdafiə Nazirliyindən Sfera.az-a daxil olan məlumatda qeyd olunub.

Belə ki, "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakı təsdiq edən sənədlər (hərbi biletin bütün səhifələrinin notarial qaydada təsdiq edilmiş surəti və ya SHXÇDX-nin hərbi xidmət haqqında arayış, şəxsiyyət vəsiqəsinin surəti, əgər varsa hərbi xidməti haqqında arxiv arayış və s. sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət edildiyi qeyd olunmalı, ətraflı ərizə ilə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"sına göndərilməlidir.

Qeyd edək ki, arxiv arayışı olmadığı təqdirdə komissiya tərəfindən sorğular edilərək müvafiq arayışlar alınır.

Barələrində məhkəmə və prokurorluq orqanlarının qərarları olduğu təqdirdə onların, yaralanma, xəsarət və travma almış şəxslər isə müayinə və müalicə haqqında müvafiq sənədlərin surətlərini də əlavə etməlidirlər.

Mövzu ilə bağlı yaranan sualları Müdafiə Nazirliyinin "qaynar xətti"nə zəng edərək dəqiləşdirə bilərsiniz.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Döyülən tərbiyəçi işdən çıxarıldı - VİDEO

Paytaxtın Xətai rayonundakı 3 saylı uşaq evində tərbiyəçi köməkçisi işləyən 1982-ci il təvəllüdlü Gülcan Nağıyeva Günay adlı valideyn tərəfindən döyülüb. Hadisə...

Nazir baş leytenant Elşad Mehdiyevi komandir təyin etdi - ƏMR

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Sfera.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayı...

Nazirdən Tağıyevin heykəliylə bağlı tənqidlərə CAVAB

"Əgər heykəl başqa bir formada olsaydı, onda da tənqidlər olacaqdı". Sfera.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov APA-ya açıqlamasında dey...

Dirçəliş Fondu rəhbərindən ibrətamiz paylaşım

Artıq dünya miqyasında qəbul edilmiş bir faktdır ki, emosional intellekt (EQ) həyatımızda uğurun qazanılması üçün IQ ilə eyni əhəmiyyətə malikdir. Burada a...

Güclü külək əsəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 20-də arabir yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir. Sfera.az  xəbər verir ki, b...

“Dövlət tərəfindən yaradılan şərait faydasını vermədi” - Deputat

Prezident İlham Əliyev "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edib. Belə ki, müvafiq dəyişikliklə pay torpağına sahib şə...