Mübariz Mənsimov məhkəmədə hansı sirrləri açdı? - VİDEO

Mübariz Mənsimov məhkəmədə hansı sirrləri açdı? - VİDEO
 

FETÖ terror təşkilatına üzv olmaqda ittiham olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun 15 sentyabrda məhkəməsi keçirilib. 

15 ilə qədər həbsi istənilən Mənsimov məhkəmədə ifadə verib.

Sfera.az xəbər verir ki, "Palmali"nin prezidenti İstanbul 27. Ağır Cəza Məhkəməsində ona qarşı olan ittihamları qəbul etməyib və bunu əsassız adlandırıb.

1993-cü ildən ailəsi ilə Türkiyədə yaşadığını bildirən Mənsimov qeyd edib ki, əleyhinə ifadə verənlər uzun müddət onun rəhbərliyi altında çalışıb:

"Bəziləri dələduzluq etdikləri üçün işdən çıxarılıb. Onların şirkətə ziyan vurması ilə bağlı məhkəməyə müraciət olunub".

Mənsimov FETÖ terror təşkilatına üzv olmaq iddiasına da münasibət bildirib:

"Atatürk və türk milləti sevdalısıyam. Mən heç vaxt xain təşkilatın içində olmamışam. 15 ildir yanımda çalışan insanların ağlına indi gəlib FETÖ-çü olduğum? Mənim ailəmdə də şəhidlər olduğun üçün polislərə, hüquq-mühafizə təşkilatlarına yardım edirəm. Məzhəbim Şiədir və məzhəbimdə təriqət yoxdur".

Mənsimov ifadəsində hazırda FETÖ fərarisi kimi axtarışda olan iş adamı İhsan Kalkavanla münasibətinə də aydınlıq gətirib. O bildirib ki, Kalkavanla ancaq ticarət işləri ilə əlaqədar görüşüb. Mənsimov Kalkavanın FETÖ-çü olmasından bixəbər olduğunu qeyd edib.

Mənsimov ifadəsində iki dəfə Fətullah Gülənlə görüşdüyünü də bildirib:

"İlk görüş məni iftar üçün Amerikaya çağırmaları ilə olub. Mən də o gün içki içmişdim. Bu səbədən getmək istəməsəm də, israr etdilər. "Hoca" deyilən adam yanında oturmağımı istədi. Mən də "içkiliyəm, qalxa bilərəm?" dedim. O isə cavabında "Bu, səninlə Allah arasında olan bir şeydir" dedi. Bir din adamının bunu deməsi mənə çox gülməli gəldi. O, bizə evini gəzdirdi. Gəzərkən evdə üzərində Azərbaycan yazılan bir şüşə gördüm. Fətullah Gülənə "bu nədir?" dedim. Cavabında bildirdi ki, bunu iyləyib, iyləyib sakitləşirəm. Mən də "təyyarəyə minib gedin də, niyə şüşəni iyləyirsiz?" dedim. Bu məqamda biri qolumdan çəkib dedi ki, danışıqlarına fikir ver. O dəvətdəki siyasətçilər və iş adamları ilə mübahisə etdim, daha sonra oradan ayrıldım. 

Mənsimov bildirib ki, o dəvətdən sonra Fətullah Gülən camaatınn hədəf taxtasına çevrilib.

Məhkəmə sədrinin Gülənin ona təsbeh verməsi ilə bağlı sual ünvanlayıb. Mənsimovun cavabı isə belə olub:

"O təsbehi min dollara satdım. FETÖ-nün heç bir qurumuna yardım etməmişəm. Mən türk milliyətçisiyəm. Uşaqlarıma "Məni burada dəfn edin deyirəm. Türk ədalətinə inanım sonsuzdur. FETÖ-nün dostu yox, düşmənı olmuşam. Ailəm buradadır, qaçacaq yerim yoxdur. Bəraətimi və sərbəst buraxılmağımı istəyirəm.

Mənsimovun ifadəsindən sonra əlavə dəlillərin toplanılması və məhkəməyə sənədlərin təqdim edilməsi üçün Mübariz Mənsimovun məhkəməsi dekabrın 9-nə qədər uzadılıb.

(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...