Mövsümü xəstəliklərlə COVID-19-un oxşarlıqları

Mövsümü xəstəliklərlə COVID-19-un oxşarlıqları
Payız fəslinə keçid, havaların getdikcə soyuması mövsümi xəstəliklərin artmasına səbəb olur. Tənəffüs yolu ilə əlaqədar yaranan narahatlıqlar - öskürək, boğaz ağrısı və oxşar problemlərlə üzləşəndə ilk ağla gələn yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma ehtimalıdır. Lakin həmin əlamətlər digər infeksion xəstəliklərlə də əlaqədar ola bilər.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Nahid Məhərrəmov deyib: "Yuxarı tənəffüs yollarının iltihab və allergiyası olanlar COVID-19-a yoluxma zamanı qripəbənzər əlamətlərlə üzləşə bilərlər. Qripəbənzər əlamətlər, məsələn, quru öskürək, boğaz ağrısı, ishal, temperatur yüksəlməsi olduqda COVID-dən şübhələnmək olar. Lakin halsızlıq, yorğunluq, təngnəfəslik və temperatur yoxdursa, saturasiya 95-dən yuxarıdırsa, narahatlıq keçirməyə əsas yoxdur".

Qızdırma, öskürək və tənəffüs çətinliyi olanlar mütləq həkimə müraciət etməlidirlər. Lakin immunitetin gücləndirilməsi də vacib məsələdir, bunun ən səmərəli yolu isə düzgün və balanslı qidalanmadır. Payız aylarında C vitamini ilə zəngin qidalara daha çox üstünlük verilməlidir: "Mövsümü xəstəliklərdən qorunmağın ən yaxşı yollarından biri qripə qarşı peyvənd olunmaqdır. Soyuqdəymə və zökəm hallarından qorunmaq üçün isə düzgün qidalanmaq, gündəlik rasiona mövsümə uyğun meyvə və tərəvəzlər daxil etmək və çoxlu maye içmək lazımdır. Gərgin iş rejimindən sonra istirahət etmək də immunitetin artırılmasına səbəb olur", - deyə həkim-terapevt əlavə edib.

Hər gün piyada gəzmək və fiziki fəallıq da immun sistemini gücləndirir. Şəxsi gigiyenaya diqqət yetirmək, maska taxmaq da xəstəliklərdən qoruyan əsas şərtlərdir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Türkiyəli alimlərdən xərçəng xəstələrinə ŞAD XƏBƏR

Almaniyada koronavirusa qarşı peyvənd hazırlayan biotexnoloji şirkət "BioNTech”in qurucusu, türkiyəli alimlər Uğur Şahin və Özlem Türeci yeni hazırladıqları pey...

Həkimlər xərçəngin qeyri-adi əlamətini açıqlayıblar

Böyük Britaniya həkimləri tez-tez hıçqırıqların xərçəngə işarə edə biləcəyini deyiblər. Sfera.az bildirir ki, bunu Trend-ə bu barədə "Daily Express" qəzet...

Xroniki stress beyni dəyişir – Psixoloji xəstəliklərin səbəbi

Uzun müddət davam edən, yəni 6 aydan 3 ilə kimi xroniki stress beynin fiziki və kimyəvi xassələrində bir sıra dəyişikliklər yaradıb, psixi xəstəliklərə səbəb ol...

Seksin 8 faydası - BUNLARI HƏR KƏS BİLMƏLİDİR

Cinsi əlaqə zamanı insan beynində yerləşən və insanın əhval — ruhiyyəsini qaldıran endorfin adlı maddənin miqdarı artır. Cinsi əlaqə zamanı qan dövranı yax...

Metroda korona xəstəsi saxlanıldı - FOTO

Metronun "Koroğlu" stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb. Sfera.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Rövşən Abdulov saxlanılaraq aidiyyət...

Xərçəngə qarşı vaksinlər gəlir - Uğur Şahin tarixi açıqladı

Almaniyalı türk həkim, "BioNTech" firmasının icraçı direktoru, professor Uğur Şahin Yunanıstanın "Kathimerini” qəzetinə verdiyi açıqlamalarla gündəmə gəlib.&nbs...