"Mövcud sistem dəyişəcək, qlobal pul vahidləri "konfet kağızı"na çevriləcək" - XƏBƏRDARLIQ

"İnsan hüquqları sırasında sabit pula hüquq yoxdur. Seksual azlıqların belə hüquqları tanınır, amma vətəndaşın dövlətdən sabit pul tələb etmək hüququ yoxdur”.
 
Sfera.az bildirir ki, bunu tanınmış hüquqşünas Əkrəm Həsənov deyib. O qeyd edib ki, bunun hamısı qlobal oyundur:

"Cibimdəki pulun sabitliyi yoxdursa, başqa hüquqlar nəyimə lazımdır ki? Acından ölən insan hüquqları ilə nə etsin? Beləliklə, müasir qlobal idarəetmənin özü kökündən fırıldaqçılıq üzərində qurulub. Guya bizə hüquqlar veriblər, bunu beynəlxalq sənədlərdə təsbit ediblər, amma ən əsas hüququmuzu tanımırlar. Adını da bazar iqtisadiyyatı qoyublar. Hər bir əmlakın dəyərinin ölçüsü olan pul kiminsə iradəsindən asılı olaraq azalıb-arta bilərsə, bunun nəyi bazar iqtisadiyyatıdır ki?”.

Ə.Həsənov qeyd edib ki, hazırda dünyanın maliyyə sistemi köklü dəyişikliklər astanasındadır:

"Söhbət yəqin ki, artıq bir neçə ildən gedir. Baş verən geosiyasi hadisələr də əslində bunun ətrafındadır. Bir sözlə, mal davasıdır! Mövcud pul sistemi dəyişəcək, qlobal pul vahidləri sadəcə konfet kağızına çevriləcək. Misli görünməmiş qlobal maliyyə piramidası çökəcək. Bundan udan yalnız qlobal maliyyə sistemini idarə edənlər olacaq. Əksər ölkələr, habelə zəngin insanlar xeyli vəsait itirəcək. Kasıbların vəziyyəti isə daha da ağırlaşacaq. Heç kəsə və heç yerə də şikayət etmək mümkün olmayacaq. Deyəcəklər ki, məgər sizə sabit pul vəd edən olmuşdumu?

Koronavirus kimi bəlalar da yəqin artacaq ki, insanlar nəsə tələb etmək halında belə olmasınlar və yalnız canlarının və təhlükəsizliklərinin hayında olsunlar. Bizim kimi kiçik ölkə bu qlobal zəlzələyə təsir edə bilməz. Biz yalnız özümüzü ondan sonrakı dövrə hazırlamalıyıq. Necə? Real iqtisadiyyatı inkişaf etdirməliyik. Yəni sənaye və kənd təsərrüfatını. Bunun üçün isə normal məhkəmə-hüquq sistemi olmalıdır ki, ölkədə əminlik hissi güclənsin. Vaxt azdır”.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...