Moqerini: "İnşaallah, AB və Azərbaycan tezliklə razılığa gələcək"

Moqerini:
Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini aprelin 4-də  Avropa İttifaqı və Azərbaycan arasında yeni ticarət və siyasi saziş bağlayacağına ümid etdiyini bildirib.  
 
O,  çıxışı zamanı ərəb dilində olan "İnşaallah" sözündən istifadə edib.  
 
"AB-nin Azərbaycanla münasibətləri 1999-cu ildən qüvvəyə minən AB-Azərbaycan Əməkdaşlıq Sazişinə əsaslanır. 2017-ci ilin fevralında yeni danışıqlar başlayıb. Onun nəticəsi yaxındır, amma bir neçə önəmli məslə qalıb", - deyə Moqerini bildirib.  
 
Ötən oktyabr ayında EURACTIV ilə aparılan eksklüziv müsahibədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəsinin bu müqavilənin 1 noyabr tarixində bitməsinə dair hazırkı Komissiyanın müddəti ilə razılaşdırılacağını ümid etdiyini bildirib.   Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının toplantısından sonra mətbuata açıqlama verən Mogerini, Brüssel və Bakı yeni, ambisiyalı ikitərəfli razılaşma mövzusunda danışıqların son, həlli mərhələsində olduğunu söyləyib.   Məmmədyarovun sözlərinə görə, Azərbaycan bu məsələdə rahat davranır, amma eynisini Avropa Birliyindən də gözləyir. Bəzi texniki məsələlər həll olunmalıdır, bu isə ticarətə aiddir.  
 
Moqerini Elmar Məmmədyarovdan daha konkret olmasını istəyib:
 
"Nə zaman güclü bir siyasi iradə olarsa, işlər reallığa çevrilər. İnşallah biz ora gedə bilərik". 

OXŞAR XƏBƏRLƏR