MM-in növbədənkənar sessiyası çağırılır?

MM-in növbədənkənar sessiyası çağırılır?

Milli Məclisin növbədənkənar iclasının çağırılacağı barədə mətbuatda məlumat yayılıb.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov Musavat.com-a bununla bağlı açıqlamasında bildirib ki, yayılan məlumatlarda bəzi düzəlişlərə ehtiyac var:

"Əslində növbədənkənar iclas bitməyib ki, yenidən çağırılsın. Milli Məclisin daxili nizamnaməsinə və millət vəkillərinin müraciətinə əsasən növbədənkənar iclasları keçirilir. Yəni növbədənkənar sessiya hələ bitməyib”.

A.Nəsirov qeyd etdi ki, yaz sessiyası 31 mayda başa çatıb, iyun ayında növbədənkənar iclas çağırılb. Ancaq iyul ayının ilk yarısınadək daha iki iclasın keçirilməsi nəzərdə tutulur: "Növbədənkənar sessiyanın bir neçə iclası keçirilib, növbəti iclaslar da keçiriləcək. Yəni burada qeyri-adi, sensasion heç nə yoxdur”.

Mətbuat xidmətinin rəhbəri növbədənkənar sessiyada növbədənkənar parlament seçkiləri ilə bağlı hansısa qərarın veriləcəyi haqda yayılan xəbərləri də təkzib etdi.

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyası əvvəlki illərdə də iyun ayında çağırılıb və deputatlar iyunun sonunda tətilə çıxıblar. Lakin bu il ilk dəfə parlament iyulun 15-dək işləməyə qərar verib.


OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...