Mixail Boçarnikov: “Rusiya qardaş Azərbaycana kömək etmək üçün əlindən gələni edir”

Mixail Boçarnikov: “Rusiya qardaş Azərbaycana kömək etmək üçün əlindən gələni edir”
"Rusiyanın "Sputnik V” vaksininin ilk partiyasının bizim üçün xüsusi bir gündə - Pasxa bayramında Bakıya gətirilməsindən çox məmnunuq”.

Sfera.az "Report”a istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

"Pasxa insanlara sülh və xeyirxahlıqla müraciət etməkdir. Peyvəndin Bakıya gətirilməsi Rusiyanın Azərbaycana münasibətində dostluq jestidir. Peyvənd Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizəsində öz töhfəsini verəcək. "Sputnik V” vaksini özünü dünyada çox yaxşı göstərib və artıq dünyanın 64 ölkəsində qeydiyyatdan keçib. Rəqəmlər artıq öz sözünü deyir.

Rusiya pandemiyaya qarşı mübarizədə qardaş Azərbaycana kömək etmək üçün əlindən gələni edir. Əminəm ki, bugünkü aksiya ölkələrimiz arasında çox yaxın və mehriban xarakterli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcək”-səfir əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...