“Mirşahin Cəlal Əliyevin adını çəkəndə...” – Sərdar Cəlaloğlu dünənki qalmaqaldan danışdı

“Mirşahin Cəlal Əliyevin adını çəkəndə...” – Sərdar Cəlaloğlu dünənki qalmaqaldan danışdı


"Təhqir və söyüşü televiziya ekranlarına gətirən, müxalifət liderlərini alçaldan adamların başında elə Mirşahin Ağayev durur. Onun çörəyi, söyüşdən, başqalarını alçaltmaq, təhqir etməkdən çıxır”.


Sfera.az-a açıqlamasında bu sözləri dünən baş tutan iqtidar-müxalifət dialoqunda "Real TV”- nin rəhbəri Mirşahin Ağayevlə aralarında yaşanan qalmaqala münasibət bildirərkən ADP sədri Sərdar Cəlaloğlu deyib:

 

"Mirşahinlə heç tərəf müqabili olmaq fikrim də yoxdur. Onun kim olduğunu, nə işlərlə məşğul olduğunu hamı bilir. Sadəcə o, Cəlal Əliyevin adını çəkdiyindən, xaricdə söyüş söyən adamlarla onu bir cərgəyə qoyduğundan bildirdim ki, bu adamları Cəlal Əliyevlə eyniləşdirmək düzgün deyil. O akademik olmaqla yanaşı, Azərbaycan tarixində mühüm rolu olub. Heydər Əliyevin qardaşıdır, İlham Əliyevin isə əmisi. Gətirib onu küçə söyüşü söyən adamlarla tay-tuş etmək düzgün deyil. Mirşahin də bu fikirlərimə görə öz aləmində narazı qaldı. Əslində burada məsələyə Əli Əhmədov müdaxilə etməli idi. Xarici dövlətlərin Azərbaycana müdaxiləsi mövzusu ətrafında keçirilən tədbirdə Mürşahin çıxışı ilə fürsətdən istifadə edib iqtidara mesaj verir ki, özünün müxalifətlə alternativ olmasına imkan versinlər. Unudur ki, burada söhbət iqtidar-müxalifətdən deyil, xarici dövlətlərin Azərbaycana müdaxiləsindən gedir”.


S. Cəlaloğlu bildirib ki, Mirşahin kimilərin çörəyi müxalifəti söymək, təhqir etməkdən çıxır: "Elə insanlar var ki, onların çörəyi müxalifəti söymək, alçaltmaqdan çıxır. Bu kimi hərəkətlərdən ən çox pul qazananlardan biri də məhz Mirşahin Ağayevdir. İndi də bu şəxsin bütün şərhləri təhqir, alçaltma üzərində qurulub. Bu Mirşahinin biznesidir. Azərbaycanda mənfi steoreotipləri yaradanlar indi gəlib guya problemin həll yollarından danışırlar. Guya Mirşahin öz aləmində əxlaq mücəmməsi olub, insanlara əxlaqdan dərs demək istəyir”.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, vitse-spikerin qayınata...

Dünyanın ən ağıllı insanı irqçi idi? - Eynşteyn gündəliyində nə yazmışdı? 

Albert Eynşteyn nəzəri fizika deyildikdə ağıla ilk gələn şəxs olmaqla yanaşı, həm də elmin müasir simvollarından biridir. Eynşteynin 1922-ci ilin oktyabrından 1...

Əri tərəfindən diri-diri basdırılan qadın 12 saat sonra sağ tapıldı - FOTO

ABŞ-da Vaşinqton ştatından olan kişi həyat yoldaşını döyərək diri-diri basdırmağa cəhd etdiyinə görə məhkum edilib. O, bu hərəkətini narkotikin təsiri ilə əlaqə...

Süni intellekt bu xəstəliyə düzgün diaqnoz qoya bilmir

Amerikalı kardioloqlar ürək xəstəliyi riskinin qiymətləndirilməsində ChatGPT çatbotunun faydalılığını təhlil ediblər. Sfera.az xəbər verir ki araşdırmanı...

Bu meyvələr həzm üçün zərərlidir

Yayda çoxlu meyvələrdən həzz ala bilirik. Bu meyvələr təkcə susuzluğumuzu yatırmır, həm də orqanizmimizi, sağlamlığımızı və enerjimizi qoruyub saxlamağa kömək e...

Sərhədimizdəki bu kənd minalardan təmizləndi - Yol açıldı

Saat 19:00-dan etibarən Kirants kəndinə gedən yol açılıb. Hazırda kəndin hər tərəfindən giriş maneəsizdir.   Sfera.az xəbər verir ki, bu barədə ...