Milli Qəhrəmanımızla bağlı anım tədbiri keçirilib - FOTO

Milli Qəhrəmanımızla bağlı anım tədbiri keçirilib - FOTO

Binəqədi rayonunda milli qəhrəman Allahverdi Bağırovun 70 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Sfera.az  Trend-ə istinadən bildirir ki, aprelin 22-də Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləcəri qəsəbəsində yerləşən və "Milli Qəhrəmanlar" abidəsinin yerləşdiyi parkda təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, RİH başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Binəqədi Rayon Səfərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Mehman Qurbanov, rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat nümayəndələri və milli qəhrəman Allahverdi Bağırovun ailə üzvləri iştirak ediblər. Dövlət Himni ilə başlayan tədbirdə ilk öncə milli qəhrəmanın abidəsi önünə gülqoyma mərasimi olub.

Respublika Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Mehman Qurbanov Milli Qəhrəman Allahverdi Bağırovun həyatı və keçdiyi döyüş yolundan danışıblar. Ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn Milli Qəhrəman Allahverdi Bağırovun bacısı Svetlana Bağırova daim dövlətin diqqəti və qayğısı ilə əhatə olunduqlarını deyib. Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov isə bildirib ki, Allahverdi Bağırovun 70 illik yubileyinin Milli Qəhrəmanlar parkında keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslə vətənpərvərlik ruhunu aşılamaqdır. Tədbirin bədii hissəsində Biləcəri qəsəbəsində fəaliyyət göstərən Şuşa şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında kompozisiya təqdim olunub.



OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...