Milli Məclisin payız sessiyasının ilk komitə iclası keçirilib

Milli Məclisin payız sessiyasının ilk komitə iclası keçirilib
 

Sentyabrın 11-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Sfera.az bildirir ki,  Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov payız sessiyasının başlaması münasibəti ilə deputatları təbrik edib, onlara işlərində uğurlar diləyib.

Komitə sədri bildirib ki, iclasın gündəliyindəki "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olunur.

Məlumat verilib ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 2-ci maddəsinə edilən dəyişiklikdə təklif olunur ki, "Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində” sözləri "hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)” sözləri ilə əvəz edilsin. Eyni məzmunlu düzəlişlər bu qanunun 7-ci maddəsində və "Əmək pensiyaları haqqında” qanunun 21.2.3-cü maddəsində də nəzərdə tutulub. Həmçinin "hərbi qulluqçular” anlayışının məzmunu yenilənərək "Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər” kimi verilir.

Diqqətə çatdırılıb ki, layihə "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 12 oktyabr tarixli qanunun icrasını təmin etmək məqsədilə hazırlanıb. Həmin qanunda hərbi qulluqçuların yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrində deyil, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında da (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət keçməsi müəyyən olunub. Təklif edilən dəyişikliklər belə qurumların hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir.

Sonra Ziyafət Əsgərov bildirib ki, cari ilin yaz və növbədənkənar sessiyalarında komitənin 10 iclası keçirilib, 17 qanun layihəsi plenar iclasa tövsiyə olunub və qəbul edilib. Payız sessiyasında "Daxili qoşunlar haqqında”, "Hərbi qulluqçuların statusu haqqında” və digər qanun layihələrinə baxılması nəzərdə tutulub.

İclasda çıxış edən komitə üzvləri Elman Məmmədov, Aqil Abbas, Hikmət Məmmədov, Fərəc Quliyev qanunlara edilən dəyişiklikləri məqbul hesab ediblər. Deputatlar dövlət tərəfindən hərbi sahəyə, hərbi qulluqçulara göstərilən diqqət və qayğını təqdir edib, ordumuzun döyüş ruhunun yüksək olduğunu söyləyiblər.

Müzakirələrdən sonra "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və "Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.


OXŞAR XƏBƏRLƏR

"Toshiba" 5 min işçini İŞDƏN ÇIXARACAQ

Yaponiyanın elektronika istehsalçısı olan “Toshiba” 5 min işçisini ixtisar edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Kyodo agentliyi ...

Xalq artisti Röya Ayxan: "Ərə gedirəm, toyum..." - VİDEO

Xalq artisti Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib.   Sfera.az xəbər verir ki, "PrimeTime Elvin Elxanla" yutub layihəsinə...

Kuleba Blinkenlə görüşdü - FOTO

Ukrayna xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri &...

Banklar dollar alışını yenidən artırır – Apreldə tələb 500 milyon dolları keçə bilər

Azərbaycanda bu ilin fevralında dollara tələbin yüksəlməsindən sonra martda ciddi azalma qeydə alınmışdı. Martdakı azalmadan sonra apreldə dollara tələbdə yenid...

Polisdən böyük ƏMƏLİYYAT - 21 əcnəbi SAXLANILDI - FOTO

Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) BPQMİ-nin Qanunsuz Miq...

Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu İMZALADI - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova və Yeni Kaledoniya parlamentinin sədri Rok Vamitan (Rock Wamytan) Əməkdaşlıq Memorandumu imzalayıblar.   Sfera.a...