Milli Məclisdə İsrail səfiri ilə görüş keçirildi - FOTOLAR

Milli Məclisdə İsrail səfiri ilə görüş keçirildi - FOTOLAR
Fevralın 23-də Milli Məclisdə deputat Azay Quliyev İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.

Parlamentdən Sfera.az-a verilən məlumata görə, A.Quliyev qonağı salamlayaraq bildirib ki, Azərbaycan İsraillə münasibətlərin inkişafına xüsusi önəm verir. İki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Qeyd edilib ki, Azərbaycanda hər zaman bir çox xalqların nümayəndələri birlikdə sülh şəraitində yaşayıb. Ölkəmizdə İslam dini ilə yanaşı, müxtəlif dinlərə etiqad edən insanlar var.

Deputat Azərbaycanda yəhudilərə yaradılan şəraitdən bəhs edib, burada Sinaqoqların fəaliyyət göstərdiyini söyləyib.

Azərbaycan-İsrail münasibətlərinin inkişafından söz açan millət vəkili iki ölkənin xalqları arasında sıx dostluq əlaqələrinin olduğunu qeyd edib. Azərbaycanla İsrail arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etməsinin iki ölkənin maraqlarına uyğun olduğunu vurğulayıb.

Söhbət zamanı Milli Məclisdə İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərməsi təqdirəlayiq hal kimi qiymətləndirilib. Qeyd edilib ki, gələcəkdə deputatlarımızın qarşılı səfərləri və görüşlərin keçirilməsi iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın genişləndirilməsi baxımından çox əhəmiyyətlidir.

İsrailin Azərbaycandakı səfiri Corc Dik səmimi qəbula görə təşəkkürünü ifadə edib, dövlətlərimiz və xalqlarımız arasında tarixən dostluq münasibətlərinin olduğunu, iki ölkə arasında əlaqələrin müxtəlif sahələr üzrə inkişaf etdiyini söyləyib. Diplomat Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətləri yüksək qiymətləndirib, tolerantlıq baxımından Azərbaycanın digər dövlətlər üçün nümunə olduğunu deyib. Azərbaycanlılarla yəhudilərin hər zaman mehriban yaşadığını və bunun dostluq və qardaşlığın təzahürü olduğunu qeyd edib.

Səfir iqtisadi, turizm, kənd təsərrüfatı sahələrində əlaqələrin inkişafından, bərpa olunan enerji, yeni texnologiyaların tətbiqi ilə bağlı əməkdaşlıqdan, su ehtiyatlarının səmərəli istifadə olunmasından bəhs edib.

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq Qələbəsi, işğaldan azad olunan torpaqlarımızda bərpa və yenidənqurma işləri, yaralı əsgərlərimizin müalicəsi ilə bağlı İsrail dövlətinin dəstəyi və digər məsələlər barədə danışılıb.

OXŞAR XƏBƏRLƏR

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...