Milli Məclis Aparatına rəhbər təyin edildi - FOTO

Milli Məclis Aparatına rəhbər təyin edildi - FOTO
 Səfa Mirzəyev yenidən Milli Məclis Aparatının rəhbəri təyin olunub.

Sfera.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova sərəncam imzalayıb.
 
Qeyd edək ki, S.Mirzəyev 1952-ci il mayın 12-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub.

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hüquq üzrə fəlsəfə doktoru, dosentdir. Bir çox elmi əsərlərin müəllifidir. Birinci dərəcə dövlət müşaviri, əməkdar dövlət qulluqçusudur.

MDB Parlamentlərarası Assambleyasının "Birlik” ordeni və Azərbaycan Respublikasının "Şöhrət” ordeni ilə təltif edilib. Rus və ingilis dillərini bilir.

1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müəllimi kimi pedaqoji fəaliyyətə başlamış, 1983–1985-ci illərdə həmin kafedranın baş müəllimi olmuşdur. 1985-ci ildə universitetin Hüquq fakültəsinin dekan müavini təyin edilib. 1983-cü ildə gənc alim və mütəxəssislərin Ümumittifaq müsabiqəsinin qalibi olub.

1990-cı ilin aprel ayında SSRİ Ali Soveti tərəfindən SSRİ Konstitusiya Nəzarəti Komitəsinin üzvü seçilib, 2 ilə yaxın həmin vəzifədə çalışıb.
 
1992-ci ilin yanvar ayında Azərbaycana qayıtmış, Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Hüquqi təminat və nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1993–1996-cı illərdə Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Baş katibi vəzifəsində çalışıb. 1996-cı ildən Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəridir.

1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsini hazırlayan komissiyanın üzvü olmuş, müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında fəal iştirak edib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Evlidir, 2 övladı var. 

Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisin Aparatı buraxılmışdı.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...