Millət vəkili Könül Nurullayeva müharibə veteranlarını evlərində təbrik etdi - FOTOLAR

Millət vəkili Könül Nurullayeva müharibə veteranlarını evlərində təbrik etdi - FOTOLAR

"9 may faşizm üzərində qələbənin 75 illiyi münasibəti ilə Nizami rayonunda yaşayan, Böyük Vətən Müharibəsi iştirakçılarından olub, Moskva, Leninqrad, Minsk, Varşava və bir sıra Avropa şəhərlərinin, ölkələrinin azad olunmasında iştirak etmiş, qələbəyə mühüm töhfə vermiş, göstərdikləri igidliyə görə medallarla təltif olunmuş veteranlarımız - 98 yaşlı Ağayev Əsgər İdris oğlu və 99 yaşlı Rəhimova Vera Alekseyevna ilə evlərində görüşərək bayramlarını təbrik etdik”.


Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili Könül Nurullayeva özünün sosial şəbəkə hesabında yazıb. Millət vəkili müharibə veteranlarını belə təbrik edib:

 

"Onlar artıq öz şücaətləri ilə xalqımızın necə igid oğul və qızlarının olduğunu sübut edərək adlarını tariximizə qızıl hərflərlə yazıblar. Bu gün müharibə veteranları cəmiyyətimizin ən hörmətli üzvləri kimi dövlət tərəfindən qayğı ilə əhatə olunurlar.

Bütün müharibə veteranlarını səmimi qəlbdən təbrik edirik.

Biz Birlikdə Güclüyük!







OXŞAR XƏBƏRLƏR