İdman

Meyvezer Həbiblə döyüşməyə hazırdı - 600 milyon dollarlıq döyüş...

Meyvezer Həbiblə döyüşməyə hazırdı - 600 milyon dollarlıq döyüş...
 

Karyerası ərzində məğlubiyyət üzü görməyən, beş çəki dərəcəsi üzrə sabiq dünya çempionu Floyd Meyvezer Həbib Nurməhəmmədov və ya Konor Makqreqorla döyüşməyə hazır olduğunu bildirib. Amma amerikalı boksçunun bir şərti var.

Sfera.az xəbər verir ki, Meyvezer Həbib və ya Konorla döyüşə çıxmaq üçün 600 milyon dollar tələb edir. O, "Mirror"a müsahibəsində qeyd edib:

"600 milyon dollar qarşılığında Konor Makqreqor və Həbib Nurməhəmmədovla döyüşə bilərəm. Riskə dəyən məbləğ olmalıdı. Sıravi idmançılarla döyüşmək üçün heç bir səbəb görmürəm. Mən biznes adamıyam. Konor daha çox pul gətirdiyi üçün, onunla döyüşmək daha məntiqlidi".

Qeyd edək ki, yüngül çəkidə UFC çempionu - Həbib Nurməhəmmədov Meyvezerlə döyüşməyə hazır olduğunu bildirmişdi. O, döyüşün 11 ribaund boks, 1 raund isə MMA qaydaları ilə keçirilməsini təklif etmişdi.

(fanat.az)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930