Metroda şalvarsız gün - Yüzlərlə ingilis qatara bu formada mindi - FOTO

Metroda şalvarsız gün - Yüzlərlə ingilis qatara bu formada mindi - FOTO

Bu il də yüzlərlə ingilis "Metroda şalvarsız gün" aksiyasında iştirak edib.

Sfera.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün səhər saatlarında Londonda yaşayan yüzlərlə şəxs alt paltarında metroya daxil olub.

Aksiyada iştirak edən kişilər və qadınlar metroya daxil olan kimi əyinlərində olan şalvar, şortik və ya ətəyi çıxarıb, alt paltarında qatara miniblər.

Aksiyaya "Chinatown"dan başlayan iştirakçılar müxtəlif qruplara bölünərək bir neçə stansiyada olublar. "Waterloo" stansiyasındakı aksiya iştirakçıları şalvarsız halda rəqs də ediblər.
Qeyd edək ki, aksiyanın məqsədi yanvar ayının depressiyasından qurtulmaqdır. Bu aksiyanın vətəni Nyu-Yorkdur. Belə ki, ilk dəfə 2002-ci ildə Nyu-Yorkda belə aksiya təşkil olunub. (milli.az)

OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...