Məşhur klinika ÜST-ü məhkəməyə verdi

Məşhur klinika ÜST-ü məhkəməyə verdi
Rusiyada oftalmoloji klinika sahibi Ümumdünya Səhiyyə Təşkilatını məhkəməyə verib.
 
Sfera.az bildirir ki, buna səbəb COVID-19-un yeni variantının adı olub. 

Belə ki, eyni adlı klinikanın sahibi olan Aleksandr Padar adlı şəxs  ştama da "Omicron” adının verilməsini nüfuzuna zərbə kimi dəyərləndirib. O, ÜST-ə bu addan istifadəni qadağan etmək istədiyini deyib.

"Klinikamızın adı artıq qeydiyyatdan keçmiş ticarət nişanıdır. "Omicron” adının yeni varianta verilməsi, mənim işgüzar nüfuzuma xələl gətirir. Əgər kimsə "Omicron”dan ölsə, çətin ki, onların ailəsi və ya dostları bu adda klinikaya gəlsin”, - deyə şirkət direktoru bildirib.

Padar şirkətini tanıtmaq üçün xeyli pul xərclədiyini də əlavə edib: 

"İnternetdə uzun müddətdir ki, axtarış sisteminə "Omicron”  sözünü daxil edərkən, klinikalar şəbəkəsi ilk nəticələr arasında görünürdü. Amma indi belə deyil. Ona görə də maliyyə itkiləri qaçılmaz olacaq. Məsələn, dünən bir xəstəyə zəng etdim, klinikanın adını eşidəndə, "Omikron koronavirusun yeni ştamıdır. Nə istəyirsən? Mənə yoluxdurmaq?” - dedi və telefonu üzümə bağladı”.

Qeyd edək ki, məhkəmə iddiası Ümumdünya Səhiyyə Təşkilatının Rusiya nümayəndəliyinə qarşı qaldırılıb.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...