Məşhur bloqer haqqında şok həbs qərarı - VİDEO

Məşhur bloqer haqqında şok həbs qərarı - VİDEO

Türkiyəli fenomen bloqer, makiyaj ustası, stilist və DJ Kerimcan Durmaz həbs olunacaq.

Sfera.az xəbər verir ki, təyyarə tualetində çəkdiyi etik olmayan videosunu "Instagram” hesabında paylaşan Kerimcan haqqında məhkəmə qərar verib.

Qərara əsasən, məşhur bloqer 10 ay həbs olunacaq. Həmçinin, Kerimcan növbəti qərara əsasən, 5 min lirə (1478 manat) təzminat ödəyəcək.

Məhkəmədə son söz deyən K.Durmaz etdiyi əməldən peşman olduğunu bildirib:

"Həssas və diqqətli bir insanam. Düşünürəm ki, insanlar tərəfindən yanlış başa düşülmüşəm. Əslində, o videonu dostlarımın da olduğu qrupa atacaqdım. Amma səhvən şəxsi sosial səhifəmdə paylaşmışam. Özümü çox pis hiss edirəm. Səhv etdiyimi qəbul edirəm. Amma bağışlanmağımı xahiş edirəm”.

Qeyd edək ki, proses zamanı prokuror tərəfindən Kerimcan Durmazın üç ilə qədər həbs olunması tələb edilmişdi.

Məşhur fenomenin bu hərəkətindən sonra dostları da ondan üz döndərib. Bu səbəbdən ABŞ-a köçən Kerimcan məhkəmənin qərarına əsasən, Türkiyəyə geri dönüb.(oxu.az)


S

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...