No Image
No Image

Mərkəzi Bank kredit faizləri ilə bağlı məlumat yaydı – Son 4 ayın ən yüksək səviyyəsindədir

Mərkəzi Bank kredit faizləri ilə bağlı məlumat yaydı – Son 4 ayın ən yüksək səviyyəsindədir
2021-ci ilin yanvar ayına aid olan məlumata əsasən, yeni verilən kreditlər üzrə orta faiz dərəcəsi manatla 17 faizə, xarici valyutada 3,97 faizə yüksəlib. 

Sfera.az Mərkəzi Banka istinadən bildirir ki, kredit faizlərindəki bu səviyyə son 4 ayın ən yüksək səviyyəsidir. 

2020-ci ilin noyabrından manatla verilən yeni kreditlərdə bahalaşma müşahidə edilir. Noyabrda manatla 14,13 faizlə kredit verildiyi halda bu göstərici dekabrda 15,65 faizə, yanvarda 17 faizə yüksəlib. 

Manatla kredit faizlərinin yüksəlməsi depozit və əmanət faizlərinin enməsi fonunda baş verib. Yanvarda manatla depozit və əmanət faizləri 6,78-ə düşüb. Bu göstərici oktyabrda 8 faiz idi. 

Qeyd edək ki, depozit və əmanət faizlərinin düşdüyü halda kredit faizlərinin artırılması bankların mənfəətinin artmasına xidmət edir. 

Vasif
Sfera.az


Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Qiymət təlatümləri baş verəcək” - Bahalaşmanın qarşısı necə alına bilər?

Son aylarda xarici bazarlarda baş verən bahalaşmanın Azərbaycana təsirləri göstərdi ki, yerli xammala əsaslanan istehsal sahələri qiymət artımlarına qarşı daha ...

Ukraynada müharibə olarsa, neft yenidən ucuzlaşacaq - ŞƏRH

Ukrayna ətrafında hərbi-siyasi gərginliyin artması neft qiymətlərinin yenindən kəskin enməsinə səbəb ola bilər. Son günlər Rusiyanın Ukraynanın şərq sərhədlər...

Kölgə iqtisadiyyatını kiçiltməklə büdcənin gəlirlərini nə qədər artırmaq olar? - RƏQƏMLƏR

2021-ci ilin birinci rübündə dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığorta üzrə gəlirləri proqnozdan xeyli artıq olub...

İşsizlik, qiymət artımı, böhran... – Ekspert prosesin nə qədər davam edəcəyini açıqladı

Pandemiya dövründə işsizliklə bərabər, əhalini narahat edən əsasə məsələlərdən biri də qiymət artımıdır. Son aylar xüsusilə yerli bazarda ərzaq və qeyri-ərzaq...

“Günlük 80-100 manata olan evlər indi 30-50 manata təklif olunur" - Kirayə mənzil bazarında son durum

Üzü yaya doğru daşınmaz əmlak bazarında kirayə və satış üçün nəzərdə tutulan mənzillərin qiymətlərində dəyişikliklərin olduğu bildirilir.   Maraqlıdır, m...

Rusiya Türkiyəyə qoyduğu kvotaya dəyişiklik etdi – Azərbaycan üçün nəticəsi nə olacaq?

Rusiya Türkiyədən pomidor idxalına tətbiq edilən kvotanı artıracaq. Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı təklifini hökumətə verib.  Sfera.az bild...