Məmmədbağırın aşiq olduğu deyilən Nazpəridən ailəsinə MÜRACİƏT: Bilin... - FOTO

Məmmədbağırın aşiq olduğu deyilən Nazpəridən ailəsinə MÜRACİƏT: Bilin... - FOTO

Xalq artisti Nazpəri Dostəliyeva "5/5"in efirində mərhum əməkdar artist Məmmədbağır Bağırzadənin ailəsinə müraciət edib.

Sfera.az xəbər verir ki, xanım sənətçi efir vasiətsi ilə mərhum müğənniyə və sənətinə olan ehtiramını bildirib:

"Məmmədbağırın ailəsini salamlayıram və deyirəm ki, bilin! Aida, canım mənim, Allah səni qorusun - Məmmədbağırın gözəl qızı. Rahim, Allah sizi qorusun - Məmmədbağırın gözəl oğlu və əlbəttə ki, doğmaları, Məmmədbağır yaşayır. O, bütün sənətkarlar üçün elə sənət yaradıb qoyub ki, onun yoxluğu bilinmir, o, yaşayır, sənət dünyasının qəlbində hər zaman yaşayacaq".  
Xatırladaq ki, "Şou ATV" verilişində Mərhum Məmmədbağır Bağırzadənin vaxtilə xalq artisti Nazpəri Dostəliyevaya aşiq olduğu açıqlanmışdı. Xanım sənətçi bu xəbərə "Mənə çox sevgi etirafları olub. Təkcə Məmmədbağır Bağırzadə deyildi. Allah ona qəni-qəni rəhmət eləsin! Mən hər kəsin fikirlərinə və hislərinə hörmət edirəm, o cümlədən Məmmədbağır müəllimin də hislərinə hörmət etmişəm" ifadələri ilə reaksiya verib. (milli.az)

OXŞAR XƏBƏRLƏR