Məktəblərdə uşaqları gözləyən böyük TƏHLÜKƏ

Məktəblərdə uşaqları gözləyən böyük TƏHLÜKƏ
Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Təhsil Nazirliyinin məlumatına əsasən, sentyabrın 22-dən birinci siniflər, sentyabrın 29-dan 5-ci və 11-ci siniflər orta məktəblərdə tədris ənənəvi formada başlayacaq. Oktyabrın 1-dən isə məktəbəqədər hazırlıq qruplarında tədris əyani şəkildə davam etdiriləcək.
 
Bir sıra valideynlər artıq yeni təhsil dönəmi ilə bağlı narahatlıq keçirirlər. Səbəb isə tibbi məntəqələrlə bağlıdır. Belə ki, bəzi məlumatlara görə, 60-dan çox məktəbdə tibb məntəqələri yoxdur. Olsa belə, həmin məntəqələrdə tibb bacıları fəaliyyət göstərmir. Digər tərəfdən hazırda pandemiya dönəminin olduğu, yoluxma sayının günbəgün dəyişdiyi hər kəsə bəllidir. Hal belə ikən, valideynlər normal olaraq narazılıq edir, məsələnin öz həllini tapmasını istəyirlər.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib ki, məktəblərdə tibbi xidmətin göstərilməsi ilə bağlı ciddi problemlər var:

"Arabir təhsil müəssisələrində baş verən bədbəxt hadisələr, yoluxucu xəstəliklər, zəhərlənmələr bunu deməyə əsas verir. Digər tərəfdən ilin artıq qış ayları başlayır, uşaqlarda qrip və soyuqdəymə xəstəliklərinin riski olduqca çoxalır. Təbii ki, uşağı bu xəstəliklərdən tam sığortalamaq mümkün deyil. Qrip və bu kimi xəstəlik daşıyıcısı olan uşaqların təhsil müəssisələrinə daxil olması zamanı orta məktəbin tibb xidməti göstərən əməkdaşı tərəfindən profilaktik tədbirlər həyata keçirilməlidir. Məlumdur ki, uşağın ağzı və burnu infeksiya və viruslar üçün "giriş qapısıdır"”.

Müsahibimiz qeyd edib ki, məktəblərin rəhbərliyi müəssisənin tibbi personalı ilə hər gün monitorinq aparmalıdır:

"Sinifdə oxuyan şagirdlər arasında virusla bağlı təhlükə varsa, o zaman bütün şagirdlər qoruyucu maskalardan istifadə etməli, həmin şagird müvəqqəti olaraq birinci partada yox, sonuncu partada əyləşməlidir. Qrup tərbiyəçisi virusa yoluxmuş şagirdin digər şagirdlərlə ünsiyyətinə diqqət yetirməlidir. Məktəbin tibb işçiləri uşaqlar arasında müayinələr aparmalı, xəstəliyi olan şagirdlər barədə onların şəxsi işlərinə məlumat yazmalıdırlar. Məhz bu məlumat müəllimlərin şagirdlərə münasibətini tənzimləməlidir. Bundan başqa, orta məktəblərdə ilkin tibbi yardım göstərə biləcək tibbi personal olmalıdır. Bu qanunvericilik aktlarında da nəzərdə tutulur”.

K.Əsədovun sözlərinə görə, məktəblərdə tibbi personalın xidmət səviyyəsi müasir standartlardan aşağıdır: 

"Hesab edirəm ki, bu müəssisələrə tibb işçilərinin mərkəzləşdirilmiş qaydada işə qəbulu həyata keçirilməlidir. Təəssüf ki, indi işə qəbul birbaşa təyinat yolu ilə olduğu üçün keyfiyyət aşağı səviyyədədir. Bunun üçün əvvəlcə müraciətləri elektron qayada qəbul etmək, ondan sonra müsabiqə və müsahibə mərhələsi təşkil etməklə daha yüksək bilik və bacarıqlara malik olan şəxslərin qəbulunu həyata keçirmək olar”.

Qeyd edək ki, Sfera.az saytı məktəblərdə tibb məntəqələrinin və  tibb bacılarının sayı ilə bağlı Təhsil nazirliyinə müraciət etsə də, sorğuya cavab verilməyib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Əfqanıstan Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kab...

Tokayev Azərbaycana təşəkkür etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiyada Etimad Tədbirləri Konfransının (AETİK) inkişafına töhfəsinə görə Azərbaycana təşəkkür edib.   Bu b...