Məktəblər aprelin 2-dən bağlanacaq? - Məsələyə aydınlıq gətirildi - VİDEO

Məktəblər aprelin 2-dən bağlanacaq? - Məsələyə aydınlıq gətirildi - VİDEO
Sosial şəbəkələrdə aprelin 2-dən 14-dək məktəblərdə ənənəvi tədrisin dayandırılacağı ilə bağlı xəbərlər yayılıb. Xəbər Bakı şəhəri üzrə Təhsil idarəsinin loqosu altında paylaşılıb.

Sfera.az BAKU.TV-yə istinadən xəbər verir ki, qurumdan bunun saxta olduğu bildirib. Qeyd edilib ki, əsassız olaraq rəsmi atributlar fonunda saxta məlumat yayaraq çaşqınlıq yaratmaq istəyənlər bu kimi əməllərin hüquqi məsuliyyət yaratdığını unutmamalıdırlar.

Dünən Qəbələ rayon 3 nömrəli orta məktəb distant tədrisə keçib. Həmin məktəbdə fəaliyyət göstərən müəllimlərdən birində koronavirus aşkarlandığına görə ənənəvi dərslər iki həftəlik dayandırılıb.

Ölkə ərazisində fəaliyyət göstərən 4447 orta ümumtəhsil məktəblərinin 4427-də fevralın 21-də ənənəvi tədris bərpa olunub. Bu məktəblərin 100-ə yaxınında koronavirus aşkarlandığından distant təhsilə keçid edib.

Paytaxt ərazisində bəzi məktəblər bir-birinə yaxın məsafədədir. Bu məktəblərdə təhsil alan və çalışan şəxslərin də bir-biri ilə ünsiyyətdə olduğunu nəzərə alsaq, COVİD-19-un məktəblərdə yayılma tendensiyasının davam edəcəyini deyə bilərik. Bu da tədrisin distant formaya keçməsini qaçılmaz edə bilər.

Qeyd edək ki, Təhsil Nazirliyi pandemiya dövründə tədrisin hansı formada təşkil edilməsi ilə bağlı sorğu keçirir. Sorğunun məqsədi bununla bağlı ictimai rəyin öyrənilməsidir.
 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...