Məhkəmə arvadını iplə boğub öldürəni müalicəyə göndərdi

Məhkəmə arvadını iplə boğub öldürəni müalicəyə göndərdi

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Müsəddiq Əliyevin məhkəmə prosesi başa çatıb. 

Sfera.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

Məhkəmə M.Əliyevin anlaqsız olduğu qənaətinə gəlib və onun barəsində məcburi müalicə qərarı çıxarılıb. 

 

Qeyd edək ki, hadisə ötən il Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Müsəddiq Qüdrət oğlu Əliyev arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb. 

M.Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. O, qətli qısqanclıq zəminində törətdiyini deyib. (oxu.az)

M.Əliyev 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

 

OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.   B...

"5 min tərbiyəçinin fəaliyyətində uyğunsuzluqlar müəyyən edilib" - MÜTDA direktoru

"5 min tərbiyəçinin fəaliyyətində uyğunsuzluqlar müəyyən edilib".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət ...

Tıxaclara qarşı necə mübarizə aparmalıyıq? – Ekspertdən TƏKLİF

Tıxaclar Bakıda uzun müddətdir davam edən problemlərdən biridir. Bu problemin aradan qaldırılması üçün yeni yol qovşaqları, tunellər, körpülər tikilir və yollar...

"Bu hədəf üçün qarşıdakı həftələrdə yeni layihələrimiz olacaq" - Eşqi Bağırov

"4 mindən çox ümumi təhsil müəssisələri fəaliyyət göstərir".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agent...

Bakıda bu yol 3 gün bağlı olacaq - Sürücülərin NƏZƏRİNƏ!

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) hərəkət məhdudlaşdırılacaq.   Sfera.az xəb...

Bu ölkədə 16 yaşında cinsiyyət dəyişdirmək mümkün olacaq 

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi 16-ya endirilib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb. &n...