Məğlub tərəf olmaqdan bezginliyin hayqırtısı...

Məğlub tərəf olmaqdan bezginliyin hayqırtısı...

Vurmalıydıq, vurmamalıydıq? İndi ölkə gündəmini müəyyənləşdirən sosial şəbəkələrdə müzakirələr bu sual ətrafında aparılır. Xalq olaraq sanki iki böyük hissəyə bölünmüşük – Şuşada keçirilmiş qondarma "inaqurasiya”nı darmadağın etmək üçün raketləri havaya qaldırmaq tərəfdarları və bu ideyanın əleyhdarları.


Olduqca ağır və adamın ağırlığı altında əzildiyi mövzulardandır. "Şuşanı vuraq” deyənləri başa düşməkdən asan nəsə ola bilməz, xalq olaraq haqq-ədalətin təntənəsinə tələsirik. Məğlub tərəf olmaqdan bezginliyin hayqırtısıdı həm də bu çağırış. Amma...


...Amma dünya düzəni, geopolitik oyun qaydaları və nəzərə alınması vacib siyasi reallıqlar çağırış əleyhdarlarının arqumentlərini gücləndirməklə məşğuldu. Bunları sadalayıb əlavə vaxt itkisinə getmək istəmirəm, həm də ona görə ki, hamısını da olmasa əsas hissələrini hər bir azərbaycanlı bilir. Bununla belə, nə qədər ağılla düşünsək, reallıqları nə qədər göz önünə gətirsək də könül istərdi ki...


- Hərbi təlim zamanı hansısa raketimiz təsadüfən Şuşaya düşüb "inaqurasiya" keçirənlərə dərs verəydi...

- İkinci dünya müharibəsində olduğu kimi hansısa pilotumuz canı bahasına rabitə cihazlarını söndürüb düşmən hədəflərini vura biləydi...

- Çinin Uhan vilayətinin viruslu sakini gedib tanınmamış "DQR"-çiləri qucaqlayıb öpə biləydi...

- Mübariz İbrahimov sağ olsaydı və təkbaşına gedib qondarma rejimin rəhbərliyini göyə uçura biləydi…


Bu "olaydı”lar xəyalından ayrılmaq istəmir adam. Həm də düşünür ki, koronavirus dönəmi bizə həm də fiziki mövcudluqla yoxluq arasındakı məsafənin qısalığını anlatdı. Ona görə də fövqaladə vəziyyət, kütləvi səfərbərlik elan edib, yarımız qırılmaq hesabına olsa bel torpaqlarımızı azad etməliyik.


Şəxsən son günlər yaşananlar məni içimdən yıxdı. Sanki Şuşa ikinci dəfə yenidən işğal olundu. Çox acıdı və bu acını nə vaxta qədər udmaq zorunda qalacağıq?


Amma hər an hər şey ola bilər. Paşinyanın vertolyotu heç gözləmədiyimiz anda hansısa qəhrəman əsgərimiz tərəfindən vurula da bilər. Necə ki, ermənilər 1991-ci ilin 20 noyabrında bizim vertolyotu gözlənilmədən vurmuşdular. Və o zaman indi bizim çəkindiyimiz dünya birliyi sadəcə susmuşdu. Baxmayaraq ki, vurulan helikopterdə dövlət katibi, baş prokuror, nazirlər, rus generalları həlak olmuşdu...


Yəni, "dünya nə deyər” düşüncəsi də bir yerə qədərdi. Həmin "bir yer”ə çatanda hamılıqla "vur, komandir vur” deyəcəyik. Onda Paşinyanın vertolyotu da vurulacaq, Şuşa da azad olunacaq.

Biz buna inanırıq. Biz həmin günü və əmri gözləyirik.

 

 

Ozal Məmmədov

 


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...