"Naxçıvandakı “Əshabi-Kəhf”in Quranla əlaqəsi yoxdur" - Elşad Miridən deputata REAKSİYA

"Naxçıvandakı “Əshabi-Kəhf”in Quranla əlaqəsi yoxdur" - Elşad Miridən deputata REAKSİYA

Xəbər verdiyimiz kimi, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev təklif edib ki, Naxçıvanda Məkkədəki Kəbənin eynisi tikilsin.

 

Parlamentari Səudiyyə Ərəbistanının Kəbə örtüyünü Azərbaycana bağışlaya biləcəyini vurğulayaraq yerli Kəbəyə hamının buraxılacağını deyib.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən dinşünas Elşad Miri deputatın bu fikirləri nə üçün dediyini anlamadığını bildirib: 

 

 

“Qüdrət bəy bunu niyə deyib bilmirəm. Onda, məsələn, sabah gedək hər hansı bir yerdəki hinduist məbədini başqa bir yerdə quraq və deyək ki, Azərbaycanda da bundan var. Bu, doğru bir yanaşma deyil. Çünki dünyanın hər yerində müqəddəs sayılan yerlər mövcuddur, amma bu o demək deyil ki, onların oxşarını hər ölkədə tikmək lazımdır. Binanın oxşarını tikə bilərsən.

Amma onun mənası olacaqmı? Məsələn, Ramzan Kadırov öz həyətində belə bir bina tikib. Hətta küveytli məşhur Mişari Rəşid ilə qızının klipində belə həmin binanı nümayiş etdirib. Amma bu, o demək deyil ki, həmin bina eyni özəlliyi daşıyır. Çünki Kəbənin məqsədi insanların ora gedib ətrafında dövr etməsi və onu müqəddəs bilməsi ilə məhdudlaşmır”. 

 

Elşad Miri qeyd edib ki, Kəbənin fəlsəfəsi daha dərindir:

 

“Onun məqsədi müxtəlif dövlətlərin, xalqların nümayəndələrinin bir yerə toplaşıb beynəlxalq müzakirələr aparması, konqreslər keçirməsi, insanlığı narahat edən məsələlərin həlli üçün çalışmasıdır. Yoxsa bu gün istənilən yerdə ondan daha böyük, daha gözəl, daha möhtəşəm bir bina tikilə bilər. Amma mənası olacaqmı? Təbii ki, xeyr. Keçmişdə belə bir hal da olub. 

Rəvayətlərə görə, Yəmənin o dövrdəki hökmdarı Əbrəhə insanları Kəbədən uzaqlaşdırmaq məqsədilə Sənada böyük bir kilsə tikdirir. Ancaq o effekti ala bilmir. Buna görə də burdakı məqsədi düzgün anlamalıyıq, söhbət binada, hər hansısa tikilidə deyil. Çünki o tikilinin hər bir özəllliyi yoxdur. Ona görə də biz bu məsələdə dərin və düzgün anlayışa sahib olmalıyıq. 

Məsələ təkcə binada deyil, çünki Kəbə memarlıq baxımından heç bir xüsusi üsluba malik olmayan, dörd divardan ibarət sadə bir tikilidir. Onun müqəddəsliyi və dəyəri insanların oraya toplanmasında və bəşəri məsələlərin həlli üçün məkan olmasındadır. Heç bu gün Naxçıvanda “Əshabi-Kəhf” adlandırılan yerin Quranda bəhs olunan “Əshabi-Kəhf”lə yaxından-uzaqdan əlaqəsi yoxdur”. 

 

Dinşünas Kəbənin örtüyü ilə bağlı maraqlı məqamlara toxunub. 

 

Onun sözlərinə görə, Peyğəmbərin dövründə Kəbənin örtüyü olmayıb və insanlar onun adi daşlardan ibarət olduğunu açıq şəkildə görə bilirdilər: 

 

“Bir məqama xüsusi olaraq toxunmaq istəyirəm. Orada Kəbənin örtüyündən bəhs edilir. Əslində, ilk dövrlərdə, yəni Peyğəmbərin dövründə Kəbənin örtüyü olmayıb. O zaman insanlar onun adi daşlardan ibarət olduğunu açıq şəkildə görürdülər. Sadəcə olaraq, bu gün Kəbəni örtüklə örtür, qızılı saplarla və naxışlarla bəzəyirlər ki, daha ecazkar, daha ehtişamlı görünsün. 

Halbuki, onun əsl mahiyyətini anlamaq üçün üzərindəki parçanı kənarlaşdırsaq, sadəcə daşlardan ibarət olduğunu görərik. Bu məsələnin digər tərəfi isə odur ki, Kəbədə istifadə olunan qızılı saplar və parçalar xarici ölkələrdən gətirilir. 

Məsələn, parçanın özü İtaliyadan, qızılı saplar isə Almaniyadan gətirilir. Daha sonra Məkkədə xüsusi atelyedə bu örtük bir il ərzində hazırlanır. Həcc mövsümündə zəvvarlar Ərafatda olduqları zaman, orada insan sıxlığının az olduğu bir vaxtda Kəbənin örtüyü dəyişdirilir. 

Əvvəlki örtük isə hissələrə bölünərək müxtəlif yerlərə göndərilir”. 

 

Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

"Texpasport"da bu söz yazılıbsa... - DİQQƏT

Xarici ölkədən avtomobil gətirib Dövlət Yol Polisi İdarəsində ilkin qeydiyyata aldırarkən, qeydiyyat şəhadətnaməsinə "müvəqqəti" sözü yazılır. Qeydiyy...

Sakinlərin NƏZƏRİNƏ: sabah bəzi ərazilərdə qaz olmayacaq

Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti m...

Milli Məclisin mayın 23-də keçiriləcək iclasının gündəliyi məlum oldu

Milli Məclisin mayın 23-də keçiriləcək iclasının gündəliyi məlum olub.   Sfera.az xəbər verir ki, gündəliyə 13 məsələ daxil edilib.   Həmi...

İnsult keçirən Fatma Mahmudova yenə xəstəxanalıq oldu

Bir müddət əvvəl insult keçirən Xalq artisti Fatma Mahmudovanın başına iş gəlib.   Sfera.az xəbər verir ki, aktrisanın bu dəfə qolu sınıb. F.Mahmudov...

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Dələduzluq ittihamı ilə 9 il azadlıqdan məhrum edilən Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.  ...

Azərbaycanda film kimi OĞURLUQ: 10 kiloqram qızılı belə gizlətmək istədilər

Şamaxı şəhərində quldurluq hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata əsasə...