Qızıldan qatar, qədim vaqonlar və...- Dəmiryol Muzeyindən REPORTAJ

Qızıldan qatar, qədim vaqonlar və...- Dəmiryol Muzeyindən REPORTAJ
Kateqoriya məlum deyil
T

Azərbaycanın dəmiryolu tarixi ölkənin inkişafında əhəmiyyətli rol oynayan və zamanla müasir infrastrukturun qurulmasında mühüm təsiri olan bir sahədir. Bu tarixi mirası qorumaq, gələcək nəsillərə çatdırmaq və nəqliyyat sisteminin əhəmiyyətini vurğulamaq məqsədilə Azərbaycan Dəmiryolu Muzeyi yaradılıb.

 

Sfera.az bildirir ki, Azərbaycanın tarixi və mədəni irsinin zənginliyini kəşf etmək istəyənlər üçün Dəmir Yolu Muzeyi unikal bir dayanacaqdır. Bakı şəhərində yerləşən bu muzey ziyarətçilərə ölkənin dəmir yolu tarixini və inkişafını görməyə şərait yaradır.  Həm dəmir yolunun, həm də ölkənin iqtisadi və sosial inkişafına verdiyi töhfələr barədə məlumuat daşıyan tikili  bu sahənin inkişafını və modernizasiya proseslərini də özündə əks etdirir.

 

 

Muzeyin tarixi

 

Azərbaycan Dəmiryol Muzeyinin açılışı 19 noyabr 2019-cu il tarixində Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Pandemiya dövründə qapalı qalan muzeydə yenidənqurma işləri aparılıb və yeni eksponatlarla daha da zənginləşdirildikdən sonra 28 dekabr 2023-cü il tarixindən etibarən ziyarətçilərini qəbul etməyə başlayıb. Dəmiryol Muzeyi Bakı sərnişin stansiyasının tarixi vağzal kompleksinə daxil olan üç binadan biri – köhnə Sabunçu vağzalının binasında (“28 May” metro stansiyasının yaxınlığında) yerləşir. Bu bina 6 iyul 1926-cı il tarixində, Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolunun açılışı günündə istifadəyə verilib. Bakının Sabunçu vağzalı elektrik qatarlarını qəbul edən ilk vağzal binası olub.

 

Azərbaycan milli memarlıq ənənələrinə uyğun inşa edilmiş bina xarici görünüşünə və bir çox elementlərinə görə Şirvanşahlar sarayını xatırladır. Binada milli şəbəkə sənəti üslubunda qurulmuş pəncərələr, binanın girişinin fasadının yuxarı hissəsində isə Şirvanşahlar dövrünə aid dekor, saat qülləsində daşdan yonulmuş aslan təsvirləri diqqət çəkir.

 

Həvəskarlar üçün maraqlı səyahət 

 

Muzeyin eksponatları arasında dünyanın müxtəlif yerlərindən gətirilmiş tarixi dəmir yolu vasitələri, həmçinin Azərbaycanın dəmir yolu şəbəkəsinin müxtəlif dövrlərini əks etdirən çoxsaylı əşyalar, modellər və sənədlər var. Birinci dünya müharibəsi, Sovet dövrü və müstəqillik illərində dəmir yolunun necə inkişaf etdiyi, həmçinin Azərbaycanın iqtisadiyyatında və sosial həyatında hansı mühüm rol oynadığı muzeyin eksponatları ilə çox yaxşı şəkildə izah olunur.

 

 

Muzeydə 2 eksponat zalı, kino zalı, mədəniyyət və korporativ tədbirlərin təşkili üçün salonlar fəaliyyət göstərir. Burada vaxtaşırı olaraq imza günləri, qiraət saatları, kitab və rəsm sərgiləri, ictimai xadimlərlə görüşlər və s. kimi tədbirlərin təşkili nəzərdə tutulub.

Qızıldan qatar

 

 

Muzeyin ən diqqət çəkən eksponatlarından biri də qızıldan hazırlanan qatar modelidir. Bu qatar eksponat Prezident İlham Əliyev tərəfindən muzeyə hədiyyə edilib. Qatar modeli tamamilə qızıldan hazırlanıb və brilyant daşlarla bəzədilib.

 

Təhsil və Mədəniyyət Ocağı kimi...

 

Muzeyin əsas məqsədi sadəcə tarixi sərgiləməklə kifayətlənmir. O, həm də təhsil məqsədini daşıyır. Burada keçirilən ekskursiyalar və seminarlar gənc nəsilə dəmir yolunun əhəmiyyəti haqqında dərindən məlumat vermək məqsədi güdür.

Zallarda ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar, o cümlədən XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və video materiallar, qatar modelləri nümayiş olunur. Həmçinin Ulu Öndər Heydər Əliyevin ölkəmizdə dəmir yollarının inkişafında göstərdiyi misilsiz xidmətlərin əks olunduğu fotoguşə yaradılıb. Muzeyə giriş 10 manatdır. ADY-nin əməkdaşları, Fəxri dəmiryolçular (“Fəxri dəmiryolçu” vəsiqəsi əsasında), I, II dərəcə əlilliyi olan şəxslər və əlil arabası ilə hərəkət edən qonağı müşayiət edən şəxs (1 nəfər), Azərbaycan Milli Qəhrəmanları, şəhid ailələrinin üzvləri, Sovet İttifaqı qəhrəmanları, İkinci Dünya müharibəsi, Əfqanıstan və Qarabağ müharibələri iştirakçıları, 20 Yanvar və Çernobıl hadisələri əlilləri, Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvləri (təsdiq edən sənəd əsasında),  məktəbəqədər və məktəblilər (qeyd: yalnız valideyn və ya müəllim müşayiəti ilə) üçün muzeyə giriş ödənişsizdir.

 

Qeyd edək ki, Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanıb.1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25,5 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verilib. "Neft sahəsi" adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatdırılıb və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verilib. 

 

Beləliklə, Azərbaycan dəmir yolları 145 ildir ki, sərnişinlərini sağ-salamat ünvanlarına çatdırır.

 

Fotolar: Anar Bayramlı 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Gallery image 28
Gallery image 29
Gallery image 30
Gallery image 31
Gallery image 32
Gallery image 33
Gallery image 34
Gallery image 35
Gallery image 36
Gallery image 37
Gallery image 38
Gallery image 39
Gallery image 40
Gallery image 41
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
Thumbnail 28
Thumbnail 29
Thumbnail 30
Thumbnail 31
Thumbnail 32
Thumbnail 33
Thumbnail 34
Thumbnail 35
Thumbnail 36
Thumbnail 37
Thumbnail 38
Thumbnail 39
Thumbnail 40
Thumbnail 41
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR