Banklar dollar alışını yenidən artırır – Apreldə tələb 500 milyon dolları keçə bilər

Banklar dollar alışını yenidən artırır – Apreldə tələb 500 milyon dolları keçə bilər

Azərbaycanda bu ilin fevralında dollara tələbin yüksəlməsindən sonra martda ciddi azalma qeydə alınmışdı. Martdakı azalmadan sonra apreldə dollara tələbdə yenidən artımın olma ehtimalı var. 


Sfera.az xəbər verir ki, apreldə artıq 5 valyuta hərracı keçirilib və həmin hərraclarda 393,5 milyon dollar satılıb. 


Hərraclara dair açıqlanan məlumatlardan görünür ki, bir hərracda satılan valyutanın məbləği ən azı 64,5 milyon dollar, ən çoxu 98 milyon dollar olub. Mövcud dinamika ay ərzində keçiriləcək növbəti hərraclarda da qalarsa, apreldə satış həcmi 500 milyon dolları ötəcək. 


Bu ehtimal daxilində bankların valyutaya tələbi apreldə mart ayına nisbətən artmış olacaq. 


Xatırladaq ki, fevralda keçirilən valyuta hərraclarında banklar 870,6 milyon dollar almışdılar. Martda alınan xarici valyutanın məbləği isə 498,3 milyon dollara düşmüşdü. 


Apreldə valyuta alışının yenidən 500 milyon dolları keçmə ehtimalı var. 


Vasif



 


OXŞAR XƏBƏRLƏR

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Yaxın Şərqdə gərginliyin azalacağına dair gözləntilərin artması neft qiymətlərinin enməsinə səbəb olur.  Sfera.az xəbər verir ki, son bir neçə gün ərz...

“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanıldı

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını ...

İlham Əliyev KAICIID-in Baş katibini QƏBUL ETDİ - FOTO - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlharti...

Prezident İlham Əliyev İraq Parlamentinin sədrini QƏBUL ETDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib.   Sfe...

Azərbaycan, Qazaxıstan və Özbəkistan Əməkdaşlıq Memorandumu İMZALADI

Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzalanıb.   Sfera.az xəbər verir ki, bu barə...

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

2024-cü ilin may ayında olacaq maqnit qasırğalarının vaxtı açıqlanıb.    Sfera.az xəbər verir ki, 1, 2, 3, 5, 6, 7 və 22 may tarixlərində o...