“Whatsapp”da yeni funksiya

Media
22:11 / 16.10.2022
18556
"Whatsapp" 2.22.22.14 beta versiyasına göndərilən mesajları redaktə etmək funksiyası əlavə edilib.
Sfera.az xəbər verir ki, bu barədə WABetaInfo resursu məlumat yayıb.
Hazırda yeni seçim mesajın mətnini göndərildikdən cəmi 15 dəqiqə sonra düzəltməyə imkan verir. Redaktə edildikdən sonra yazı "redaktə edilib" şəklində qeyd olunacaq.
Funksiya göndərilmə saatının yanındakı hissədə yerləşir.