Ən böyük komet kəşf edildi – 2031-ci ildə Yerə yaxınlaşacaq

Ən böyük komet kəşf edildi – 2031-ci ildə Yerə yaxınlaşacaq
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Günəş sistemində "indiyə qədər görülmüş ən böyük komet"in kəşf edildiyini açıqlayıb.
 
Sfera.az xəbər verir ki, NASA-nın verdiyi açıqlamada ilk dəfə 2010-cu ildə fərq edilən və varlığı Hubble Kosmik Teleskopu ilə təsdiqlənən kometin eninin 137 kilometr, çəkisinin isə təxminən 500 trilyon ton olduğu bildirilib.

Normaldan 50 dəfə böyük olan komet, onu kəşf edən astronomlar Pedro Bernardinelli və Qari Bernşteynin şərəfinə "Bernardinelli-Bernstein” adlandırılıb.
Kometin saatda 35 min kilometr sürətlə hərəkət etdiyi, lakin Yer üçün təhlükə yaratmadığı deyilib. Alimlər kometin 1 milyon ildən artıqdır ki, Günəşə doğru çəkildiyini düşünürlər.

"Bernardinelli-Bernstein”in 2031-ci ildə Yerə ən yaxın komet olacağı bildirilib. Lakin o zaman belə Kometa Yerdən 1,6 milyard kilometr aralıda yerləşəcək.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bank dolların bu günə olan məzənnəsini AÇIQLADI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az-ın məlumatına görə, 2025-ci il yanvarın 15-də ABŞ dollarının məzənnəsi ...

Cənubi Koreya Prezidenti həbs olundu

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə h...

Rəsmi Bakıdan ABŞ səfirliyinə- CAVAB

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.   Sfera.az xəbər verir...

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...