"Paşinyan bunu bildiyi üçün tələsir" - Yaxın günlərdə Azərbaycanla Ermənistan arasında...

"Bir neçə gün əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığından sonra proseslərin sürətlənməsi, o cümlədən Baş nazir Nikol Paşinyanın belə bəyanatlar səsləndirməsi gözlənilən idi”.
 
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün parlamentin iclasında səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, Rusiyanın Ukrayna ilə apardığı müharibə Ermənistana yaxşı nəsə vəd etmir:

"Rusiya müharibədən qalib çıxsa, Ermənistana təzyiqlər artacaq, əks halda isə İrəvan regiondakı "çətirini” itirəcək. Ona görə də Paşinyan tələsir. Bilir ki, onun vaxtı savaş başa çatanadəkdir. Müharibə bitəndən sonra Ermənistanın imkanları xeyli azalacaq. Bunu Azərbaycanla Türkiyə də yaxşı anlayır.  Çox güman ki, yaxın vaxtlarda Birgə Sərhəd Komissiyasının yaradılması istiqamətində növbəti müzakirələr olacaq. Həmçinin əməli addımların atılması mümkündür. Rəsmilərin təmaslarının intensivləşməsi istisna deyil. Əlaqələrin normallaşması, o cümlədən sülh müqaviləsinin bağlanması istiqamətində yaxın günlərdə Azərbaycan və Ermənistan XİN başçılarının türkiyəli və rusiyalı həmkarları ilə fikir mübadiləsi aparılması da gözləniləndir”.

Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Paşinyan parlamentdə Azərbaycanla əlaqələrin normallaşması istiqamətində ciddi mesajlar verib:

"Rəsmi İrəvanın Azərbaycana ərazi iddiaları yoxdur, beynəlxalq birlik artıq Qarabağ və onun  "müstəqillik" məsələlərini eşitmək istəmir. Nikolun sülh müqaviləsi üçün əlavə alternativlər olmadığını qeyd etməsi, Azərbaycanın hərbi-siyasi qələbəsidir. Digər tərəfdən,Paşinyanın Rusiyaya səfəri gözlənilir. Moskvanın Ermənistana təkliflər verməsi, bunun müqabilində Brüssel razılaşmalarından imtina tələbini qoyması mümkündür. Rusiyanın Ermənistanın müdafiə qabiliyyətinin artırılması, hərbi cəhətdən təchiz olunması və qaz qiymətlərində güzəştə getmək istiqamətində təkliflər verəcəyi istisna deyil. Paşinyan isə Moskvanın təkliflərini və təzyiqlərini qəbul etməyəcək”.

M.Əsədullazadə əlavə edib ki, Paşinyan Qarabağda separatçı etnik ermənilərlə əlaqələrini aşağı səviyyəyə endirəcək: 

"Ermənistan Azərbaycan ərazisinə hərbiçilər göndərilməsini dayandıracaq. Bu ölkənin yüksək səviyyədə rəsmilərinin Qarabağa gəlib "Artsax Respublikasında" görüşlərinə son qoyulacaq. Nəhayət, Ermənistan beynəlxalq müstəvidə Qarabağ məsələsini qaldırmayacaq”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Cənubi Koreya Prezidenti həbs olundu

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə h...

Rəsmi Bakıdan ABŞ səfirliyinə- CAVAB

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.   Sfera.az xəbər verir...

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...

Velosipedlərə belə yer yoxdur: Dünyanın ən sıx məskunlaşdığı adada insanlar necə yaşayır? - FOTOLAR

Dünya maraqlı və bənzərsiz yerlərlə doludur. Kolumbiyanın Kartagena şəhərindən iki saatlıq qayıqla səyahət dünyanın ən sıx məskunlaşdığı yer hesab edilən Santa ...