\"Moskva \"pis\" və \"çox pis\" arasında seçim etməyə məcbur olacaq\" - ŞƏRH

\
"Ukrayna postsovet məkanının Avropa hissəsində, Azərbaycan - Cənubi Qafqazda, Özbəkistan - Mərkəzi Asiyada yerləşir. Məntiqlə bu üç ölkəni öz təsir dairəsinə qaytarmaqla Moskva bütün postsovet məkana nəzarəti bərpa etmiş olardı. Amma Ukraynadakı uğursuzluq Rusiyanın bu istiqamətlərdə qurmuş olduğu planlarını dəyişməyə və indiki mərhələdə yeni addımlar atmağa sövq edə bilər. Belə addımlardan biri ikinci cəbhə açmaq, ikincisi isə planlarından geri çəkilməkdir”.

Sfera.az bildirir ki,  bunu "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. Onun sözlərinə görə, ikinci addım Moskva üçün məqbul sayıla bilməz, çünki bu halda Rusiya bütün dünya qarşısında öz zəifliyini etiraf etmiş olardı:

"Bunun da bədəli yeni dünya düzəninin formalaşmasından kənarda qalmaq deməkdir. Birinci addım isə ondan da risklidir, çünki növbəti hərbi məğlubiyyət Rusiyanın özünün mövcudluğunu sual altına qoya bilər. Odur ki, yaranmış yeni reallıqda Moskva "pis" və "çox pis" arasında seçim etməyə məcbur olacaq.  Həm də ona görə ki, sözügedən hər üç ölkədə Rusiya eyni rəqiblə -  Ankara ilə üzləşir. Moskvaya münasibətdə loyallığını saxlamaqla yanaşı, Ankara Ukaraynaya da hərbi yardımını əsirgəmədi, Azərbaycanla Türkiyə hərbi müttəfiqdir, Özbəkistanla isə martın sonunda imzalanan müqavilə iki ölkə arasında faktiki hərbi müttəfiqliyin rəsmiləşdirilməsidir. Başqa sözlə, hər 3 bucaqda Moskvanın qarşısına Ankara çıxır”.

Politoloq qeyd edib ki, bu şəraitdə bir tərəfdən Ukraynada məğlubiyyət yaşayan, digər tərəfdən isə ağır sanksiyalara məruz qalan Rusiya hər 3 nöqtədə Ankaraya güzəştə getməyə məcbur ola bilər:

"Eyni zamanda Rusiya onunla münasibətlərini indiki səviyyədə saxlamağa çalışacaq. Belə formatda ikitərəfli Moskva-Ankara münasibətləri gələcəyə hesablanmış strategiya kimi də dəyərləndirilə bilər. Rusiyada yaxşı anlayırlar ki, sadalanan bölgələrdə Vaşinqtondan, Londondansa Ankara ilə anlaşmaq daha məqbuldur. Türkiyə üçün isə bu, regional gücə çevrilmək üçün yeni imkanlar deməkdir. Qısa vadəli bu, belədir, amma uzun vadəli baxdıqda tərəflərin hər biri gələcəkdə digərini sıxışdırıb çıxarmağı hədəfləyir. Əsas görünən budur ki, tərəflər "Avrasiya üçbucağında" açıq qarşıdurmaya getməkdə maraqlı deyillər. Məhz buna görə də Kiyevə açıq hərbi-siyasi dəstək verən Ankaraya Moskva digər NATO və Avropa Birliyi üzvlərinə olduğundan daha loyal münasibət sərgiləməkdə davam edir. Reallıq da bunu tələb edir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Qəzza ilə bağlı danışıqlar davam etdiriləcək

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən komandasına Qətərdə Qəzza zolağında vəziyyətin nizamlanması və girovların azad edilməsi ilə bağ...

ABŞ-də avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı hotelinin qarşısında “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şə...

Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu gün Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hoteli...

Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü

Çinin iki vətəndaşı Konqo Demokratik Respublikasının (KDR) cənubunda bir qrup yerli mütəxəssisi mühafizə edən polis zabiti tərəfindən öldürülüb.   Sf...

İlon Mask FTB-də islahatların zəruri olduğunu açıqladı

Amerikalı iş adamı İlon Mask FTB-də ciddi islahatların aparılmasının zəruri olduğunu bildirib.   Sfera.az xəbər verir ki, iş adamı bu barədə “X...

Avropada qazın qiyməti ən yüksək həddə çatdı

Bu gün Avropa ölkələrində qazın qiyməti 2023-cü ilin oktyabrından bu yana ən yüksək həddə çatıb.    Sfera.az xəbər verir ki, bu barədə “Bl...