Ukraynaya təklif edilən neytrallıq – Tarixən bitərəf qalan ölkələr nəyə nail olub?

Ukraynaya təklif edilən neytrallıq – Tarixən bitərəf qalan ölkələr nəyə nail olub?
Rusiyanın rəsmi Kiyevə qarşı irəli sürdüyü tələblərdən biri də Ukraynanın neytral ölkə statusunu qəbul etməsidir. Rəsmi Moskva hesab edir ki, Ukrayna heç bir ittifaqa qoşulmamalı, böyük və güclü silahlarla təchiz edilən ordu saxlamamalıdır.
 
Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin bildirdiyinə görə, rəsmi Kiyev Avstriya və ya İsveç kimi neytral dövlət variantını qəbul etməyə hazırdır.
Əgər Ukrayna da neytrallıqla razılaşarsa, o, Avropanın sayca 6-cı neytral ölkəsi olacaq.
 
Bəs, Avropanın neytral dövlətləri bu statusu necə qəbul edib?
 
Sfera.az bildirir ki, Avropada İsveçrə, İsveç, İrlandiya, Finlandiya Avstriya neytral dövlət statusuna malikdir. Bu ölkələrdən bəziləri üçün neytrallıq azad seçim, bəziləri üçün yaranmış şəraitdə yeganə çıxış yolu olub.
 
İsveçrə Avropa dövlətləri arasında neytrallığı qəbul edən ilk ölkədir. Bəzi mənbələrə görə XVIII əsrdə, bəzi mənbələrdə isə XIX əsrdə İsveçrənin neytrallığı qəbul etdiyi bildirilir.
 


Neytrallıq İsveçrəyə böyük siyasi dividendlər gətirib, bu dövlət heç bir müharibəyə qoşulmayıb və dəfələrlə hərbi münaqişələrin həllində vasitəçi kimi çıxış edib. O, iki dünya müharibəsi zamanı neytral qalmağı bacarıb.
 
 

İsveç də hər hansı beynəlxalq təzyiq olmadan neytrallığı seçən dövlətdir. XIX əsrin əvvəllərində Norveçlə uğurlu müharibədən dərhal sonra ölkə müharibələrdən yayınmaq üçün neytrallıq yolunu seçib. Artıq 200 ildən çoxdur ki, İsveç müharibələrdə iştirak etmir.
 
 

İrlandiya Respublikasının isə neytrallığı müstəqillik mübarizəsi nəticəsində yaranıb. İrlandlar müstəqil İrlandiya uğrunda döyüşən zaman öncədən neytral olacaqlarını bəyan ediblər. 1922-ci ildə müstəqillik əldə etdikdən sonra İrlandiya Respublikası Konstitusiyasında heç bir müharibədə fəal iştirak edilməyəcəyi qeyd olunub.
 
İkinci Dünya Müharibəsi zamanı İrlandiya neytral qalmağa çalışıb. İrlandiyaya məcburi eniş edən həm alman, həm ingilis, həm də ABŞ təyyarələrinin geri qayıtmasına imkan yaradılıb.
 
Amma təxminən 70 min irlandiyalı müharibə zamanı ingilis ordusunda döyüşüb. Həmin şəxslər geri qayıtdıqda maaş və pensiya hüquqlarından məhrum ediliblər və 7 il ərzində dövlət təşkilatlarında vəzifə tuta bilməyiblər.
  
Nasist Almaniyasının hərbi müttəfiqi olan FinlandiyaReyxin keçmiş hissəsi olan Avstriya üçün neytrallıq dövlətin xilası üçün yeganə yol idi.
 


1944-cü il sentyabrın 19-da SSRİ ilə gizli danışıqlardan sonra Finlandiya rəhbərləri Sovet İttifaqına qarşı müharibədən çəkildiklərini elan etdi və Finlandiyadakı alman hissələrini tərk-silah etmək üçün dərhal hərbi əməliyyatlara başladı.
 
1948-ci ildə iki dövlət arasında imzalanan razılaşma ilə Finlandiya spesifik neytrallıq yolunu seçdi. Qərbdə Finlandiyanın qəbul etdiyi yol "finlandiyalaşma” da adlandırılır.
 

 
Avstriya isə işğaldan xilas olmaq üçün neytral olmağa məcbur oldu. 1945-1955-ci illlər ərzində SSRİ, ABŞ, Böyük Britaniya və Fransa Avstryanı işğal etdilər. Çox çətin danışıqlar nəticəsində müstəqil və demokratik Avstriyanın yenidən bərpası haqqında müqavilə hazırlamaq mümkün oldu. Bu müqaviləni qalib dövlətlər və Avstriya imzaladı. Həmin ilin oktyabrında Avstriya parlamenti əbədi neytrallığı elan edən və gələcək hərbi ittifaqlarda iştirakdan imtina edən, öz ərazisində hər hansı hərbi bazaların yerləşdirilməsini qadağan edən konstitusiya qanunu qəbul etdi. Həmin andan Avstriya öz xarici siyasətini daimi neytrallıq prinsipi əsasında qurdu.
 
Qeyd edək ki, neytrallıq hərbi qüvvə saxlamaqdan imtina anlamına gəlmir. Bütün neytral ölkələrin ordusu var. Lakin bu ölkələrin ordusu çox güclü olmamalı və hərbi ittifaqlara qoşulmamalıdır.
 
Neytrallıq nəticəsində həmin ölkələr hərbi xərclərinə xeyli qənaət edə biliblər. Qənaət edilən vəsait hesabına adıçəkilən ölkələrin iqtisadiyyatları daha güclü inkişafa nail oldular. Hazırda Avropanın 5 neytral ölkəsi adambaşına düşən gəlirə görə dünyanın ən yaxşı vəziyyətdə olan ölkələrindən hesab edilirlər.
 
Amma müasir dünyanın ziddiyyətləri o qədər ciddidir ki, ölkənin təhlükəsizliyinin təmin edilməsi məsələsində yalnız xoşməramlılığa və müqavilələrə riayət etmək ənənəsinə arxalanmaq olmaz. Ona görə də neytrallıq institutu hazırda aşkar böhran yaşayır.
 
Ukrayna hadisələri həm İsveç, həm də Finlandiya cəmiyyətinin fikirlərində ciddi dəyişikliklərə səbəb olub. Hər iki ölkə neytrallığın onların təhlükəsizliyini təmin edəcəyinə getdikcə daha çox şübhə edir və NATO-ya üzv olmaq imkanlarını nəzərdən keçirirlər.
 
Vasif  

OXŞAR XƏBƏRLƏR

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başladı

Bu gün saat 12:00-dan etibarən şagird sayı 500 nəfərdən çox olan və vakant direktor vəzifəsi mövcud olan ümumi təhsil müəssisələri üçün elektron qeydiyyat mərhə...

Zaqatalada iki maşın toqquşdu -Xəsarət alan var

Zaqatalada iki minik avtomobili toqquşub.   Sfera.az xəbər verir ki, Zaqatala rayonu Muxax kəndində 2000-ci il təvəllüdlü Emil Qurbanovun idarə ...

Bu şirkət LƏĞV OLUNDU

Ləğv prosesində olan Dövlət Kontrakt Korporasiyası - “Azərkontrakt” ASC-yə məxsus "Azərlizinq" şirkəti ləğv olunduğunu elan edib. ...

"Əgər ABŞ prosesə müdaxilə etməsə, xalq inqilabı başlayacaq..." - Cənubi Koreyada nələr olur?

Son günlər Cənubi Koreyada vəziyyət gərginləşir. Belə ki, prezident Yun Sok Yol müxalifəti Şimali Koreyaya rəğbət bəsləməkdə ittiham edərək ölkədə hərbi vəziyyə...

Başqırdıstanda YENİ QANUN - Əcnəbilər daha çox vergi ödəyəcək

Başqırdıstanda patentlə işləyən əcnəbilərin vergisi artırılıb.   Sfera.az RBK-ya istinadən xəbər verir ki, bununla bağlı qanunu region rəhbəri Radiy...

Əli Əsədov yeni qərar İMZALADI

Nazirlər Kabineti “Kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçiril...