Maykl Ceksonun corabları 1 milyon dollara satıla bilər

Maykl Ceksonun corabları 1 milyon dollara satıla bilər
 

Dünya pop musiqisinin kralı Maykl Ceksonun "Ay yerişi”ni oynadığı məşhur corabları Gotta Have Rock and Roll auksionunda satıla bilər.

Sfera.az APA-ya istinadla bildirir ki, auksionda corabların başlanğıc qiyməti 100 min dollar olsa da, hərracın təşkilatçıları qiymətin bir və ya iki milyon dollara qədər yüksələ biləcəyini düşünürlər.

M. Cekson 1984-cü ildə uğurla baş tutan "Victory Tour”dan sonra modelyer Bill Uittenin hazırladığı corabları təşəkkür məktubu ilə birlikdə meneceri Frenk Dileoya hədiyyə edib. Bundan başqa, lot siyahısına Dileonun şəxsi kolleksiyasından M. Ceksonla birlikdə çalışdığı illərdə topladığı 50 əşya daxildir.

 

M. Cekson həmin corablarda ilk dəfə 1983-cü ilin martında səhnəyə çıxaraq "Billie Jean” mahnısını ifa edib.

Elə həmin konsertdəcə o, özünün məşhur "Ay yerişi”ni təqdim edib. Bundan sonra ay yerişi dünyanın ən məşhur rəqs texnikalarından birinə çevrilib.

Auksion noyabrın 13-dən 22-dək keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...