MasterCard Azərbaycan BeynəIxalq Bankına 2 mükafat verdi

MasterCard Azərbaycan BeynəIxalq Bankına 2 mükafat verdi
 
MasterCard beynəlxalq ödəniş sistemi Azərbaycan Beynəlxalq Bankını iki
nominasiya üzrə mükafatlandırıb. Azərbaycan Beynəlxalq Bankı Debit MasterCard
kartlarının sayını ən çox artıran 1-ci bank mükafatına layiq görülüb. Bank Platinum
kartlarının sayını ən çox artıran bank nominasiyası üzrə də lider olub. JW Marriott
Absheron otelində keçirilən mərasimdə mükafatlar bank nümayəndələrinə təqdim
olunub.
Azərbaycan Beynəlxalq Bankı hazırda ən çox sayda beynəlxalq ödəniş
sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. MasterCard, VISA, American
Express, Union Pay, Diners Club, JCB kimi beynəlxalq ödəniş sistemləri ilə
gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər bir
yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim
edir.
Azərbaycan Beynəlxalq Bankının həyata keçirdiyi "Qayğıkeş” layihəsi
çərçivəsində bankla tərəfdaş məkanlarda alış-veriş zamanı bankın kartları və POS
terminalları ilə aparılmış ödənişin 40%-dək hissəsi elə yerindəcə müştərinin hesabına
geri ödənir.
Azərbaycan Beynəlxalq Bankı həm də ölkəmizdə ən böyük ATM şəbəkəsinə
malik bankdır. Hazırda respublikamızın ayrı-ayrı bölgələrində bankın 782 bankomatı
fəaliyyətdədir. Bundan başqa, ölkəmizdəki müxtəlif ticarət və xidmət mərkəzlərində
Azərbaycan Beynəlxalq Bankının minlərlə aktiv POS terminalı müştərilərin
istifadəsindədir.
Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə Azərbaycan Beynəlxalq
Bankı ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. Bankın
müxtəlif çeşiddə plastik kartlarını bu linkdən onlayn sifariş vermək mümkündür:
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri
barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet
səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook
səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR