No Image
No Image

Maştağada silahlı şəxs saxlanıldı

Maştağada silahlı şəxs saxlanıldı
Sabunçu Rayon Polis İdarəsinin (RPŞ) 14-cü Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Bölməyə paytaxt sakini, əvvəllər məhkum olunmuş Eldar Babayevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Maştağa qəsəbəsi ərazisində tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxs barəsində 14-cü PB-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Eldar Babayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbi...

Gəncəli Albertin öldürülmə anı - VİDEO

Müstəntiqlər ötən gün Moskvada, fitnes mərkəzində güllələnən azərbaycanlı "vor zakon” Əli Heydərovun ("Albert Rıjiy”) qətli ilə əlaqədar iki əsas versiyanı nəzə...

Əli Heydərovu öldürənin kimliyi bəlli oldu - VİDEO

Bu gün Moskvada azərbaycanlı qanuni oğru Əli Heydərovu (Albert Rıjiy) güllələyən killerin kimliyi məlum olub. Sfera.az Rusiya mediasına istinadla xəbər ve...

Əli Heydərov niyə öldürüldü? - İki versiya

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan "Albert Rıjiy” ləqəbli kriminal avtoritet Əli Heydərov fitness-klubda qətlə yetirilib. ...

“Albert Rıjiy” ləqəbli avtoritet Əli Heydərov Moskvada qətlə yetirildi

Azərbaycanlı "qanuni oğru” Əli Heydərov Moskvada qətlə yetirilib. Sfera.az-ın xəbərinə görə, "Albert Rıjiy” ləqəbi ilə tanınan kriminal avtoriteti fitnes ...

DİN-dən açıqlama - 16 yaşlı əqli zəifliyi olan qızın cinsi istismarında polisin əli olub?

Daxili İşlər Nazirliyi bələdiyyə üzvü Vəfa Nağının Neftçala rayonunda 16 yaşlı əqli zəifliyi olan qızın polis əməkdaşının təşkilatçılığı ilə cinsi istimara məru...