Masazırda piyadanı vuraraq qaçan 21 yaşlı xanım sürücü yaxalandı - FOTO

Masazırda piyadanı vuraraq qaçan 21 yaşlı xanım sürücü yaxalandı - FOTO
Xanım sürücü Masazır qəsəbəsində piyadanı vuraraq ərazidən uzaqlaşıb.

Abşeron Rayon Dövlət Yol Polis Şöbəsindən Oxu.Az-a verilən məlumata görə, hadisə Əliağa Vahid küçəsində baş verib.

Belə ki, 1997-ci il təvəllüdlü Həsənov Yadigar Sədi oğlunu avtomobil vurub. Qəzanı törədən sürücü hadisə yerindən yayınıb. Yaralı yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Abşeron Rayon Dövlət Yol Polis Şöbəsnin baş inspektoru Əli Cavadov şübhəli avtomobilin izinə düşüb. Belə ki, hadisəni törədən 2000-ci il təvəllüdlü Musayeva Rəna Paşa qızı idarə etdiyi 90-US-317 dövlət nişanlı "Saipa” markalı nəqliyyat vasitəsi ilə saxlanılıb.

Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları hadisəni törədən R.Musayevanı Abşeron Rayon Polis İdarəsinə təhvil veriblər.

OXŞAR XƏBƏRLƏR

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...