Donald Trampı təqlid edən gənc sosial şəbəkələrdə gündəm oldu

ABŞ prezidenti Donald Trampın mitinq zamanı etdiyi xarakterik üz ifadələri və əl jestlərini təqlid edən gənc oğlan sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Sfera.az xəbər verir ki, hadisə ABŞ-ın Corciya ştatının Marietta şəhərində keçirilən mitinq zamanı yaşanıb. Donald Trampın çıxışı zamanı onun arxasında dayanan gənc oğlan prezidentin mimikalarını və jestlərini şişirdilmiş şəkildə təkrarlayaraq kameraların diqqətini cəlb edib.
Görüntülərdə Tramp çıxışı zamanı fikirlərini vurğulamaq üçün tez-tez əl hərəkətlərindən istifadə edir, üz ifadələrini dəyişdirərək auditoriyaya müraciət edir. Həmin anlarda arxasında dayanan gənc də qaşlarını qaldırır, üzünü turşudur, ağzını açaraq Trampın xarakterik mimikalarını və danışıq tərzini təqlid edir. Onun bu davranışı mitinqi izləyənlərin və sosial media istifadəçilərinin diqqətindən yayınmayıb.
Sosial şəbəkələrdə sürətlə yayılan videoya qısa müddətdə minlərlə baxış, bəyənmə və şərh gəlib. İstifadəçilərin bir qismi gəncin mimikalarının Donald Trampın jestlərinə olduqca bənzədiyini qeyd edib, digərləri isə həmin anları günün ən əyləncəli görüntülərindən biri adlandırıblar.
Qeyd edək ki, Donald Tramp çıxışları zamanı istifadə etdiyi emosional üz ifadələri və geniş əl jestləri ilə tez-tez diqqət mərkəzində olur. Bu xüsusiyyəti səbəbindən onun mimikaları və davranışları zaman-zaman sosial şəbəkələrdə parodiya və zarafat mövzusuna çevrilir.
Mənsumə
