Ayda tikinti aparmaq mümkün olacaq - Sınaq uğurlu alınıb - FOTO

Ayda tikinti aparmaq mümkün olacaq - Sınaq uğurlu alınıb - FOTO

Hindistan Elm İnstitutunun (IISc) tədqiqatçıları Ayda gələcək yaşayış məntəqələrinin tikintisi üçün inqilabi bir metod üzərində işləyirlər. Onlar Ay səthindəki toz və qaya parçalarından ibarət olan regolitinin tikinti materialı kimi istifadəsini nəzərdən keçirir və bu məqsədlə bakteriyalardan yararlanmağı planlaşdırırlar.

 

Sfera.az "En Son Haber"ə istinadən xəbər verir ki, Ayda yaşayış sahələrinin yaradılması üçün istifadə ediləcək materialların Yer kürəsindən daşınması həm texniki, həm də maliyyə baxımından çətinliklər yaradır.

 

Bu səbəbdən, IISc mütəxəssisləri daha sərfəli və davamlı alternativlər üzərində çalışırlar. Onlar bakteriyalardan istifadə edərək Ay reqoliti ilə möhkəm kərpiclər hazırlamağa nail olublar.


Tədqiqatçılar "Sporosarcina pasteurii" adlı bakteriyanı quar saqqızı və reqolit imitasiya materialı ilə birləşdirərək süni zədə almış Ay kərpiclərini bərpa etməyə çalışıblar. Bakteriyalar bir neçə gün ərzində kalsium karbonat istehsal edərək çatlaqları effektiv şəkildə doldurublar. Bu proses nəticəsində kərpiclər ilkin möhkəmliyi 28%-dən 54%-dək bərpa olunub.


Alimlər bu bioloji təmir üsulunu Ayda tikililərin saxlanması üçün dayanıqlı həll kimi qiymətləndirirlər. Bu texnologiya, eyni zamanda, təmir materiallarının Yer kürəsindən kosmosa daşınması ehtiyacını da minimuma endirə bilər.


Lakin hələ də cavabsız suallar mövcuddur. Alimlər bakteriyaların kosmosun sərt və dəyişkən şəraitində necə davranacağını öyrənmək istəyirlər. Bunun üçün 2026-cı ildə həyata keçirilməsi planlaşdırılan Hindistanın "Gaganyaan" missiyası çərçivəsində "Sporosarcina pasteurii" bakteriyasının nümunəsinin kosmosa göndərilməsi nəzərdə tutulur. Bu təcrübə bakteriyaların dünya xarici şəraitdəki fəaliyyəti ilə bağlı mühüm məlumatlar təqdim edə bilər.


Bəsti Rəfizadə

 


OXŞAR XƏBƏRLƏR

Sevgisiz böyüyən uşaqlar DAHİ olur - ARAŞDIRMA

İntuisiya ilə düşünəndə, uşağın intellektual və yaradıcılıq inkişafı üçün ən yaxşı şəraitin sabit və qayğıkeş ailədə yarandığı qənaətinə gəlmək olar.   ...

Aparıcıya canlı yayımda xərçəng diaqnozu qoyuldu

ABŞ-də bir dermatoloqla canlı yayım həyata keçirən teleaparıcıya dəri xərçəngi diaqnozu qoyulub.   Sfera.az xəbər verir ki, bu barədə "Dail...

"Kapital Bank" liderləri beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər

Əməkdaşların peşəkar və şəxsi inkişafını prioritet hesab edən Kapital Bank bu yanaşmanın davamı olaraq 2024-cü ilin sentyabr ayında bank liderlərinin inkişafına...

Dövlət büdcəsinin gəlirləri 17 milyard manatı ötüb

Cari ilin yanvar-may ayları üzrə dövlət büdcəsinin gəlirləri 17 138,0 milyon manat təşkil edib ki, bu da 5 aylıq proqnozdan 639,7 milyon manat və ya 3,9 faiz ço...

Alimlər təşviş içində: Tarixin ən isti ili nə vaxt olacaq?

Ümumdünya Meteorologiya Təşkilatı növbəti beş ildən birinin 80% ehtimalla dünyanın ən isti ili olacağı proqnozunu açıqlayıb.   Sfera.az “I...

Müsəlmanları təhqir edən erməni “bloger”ə cinayət işi açıldı

İstintaq Komitəsi Moskvadakı Yaroslavski dəmir yolu vağzalında saxlanmış erməni bloger Areq Şepixinə qarşı cinayət işi açıb.   Sfera.az xəbər ve...