Danışa bilməyən insanlar üçün yeni cihaz hazırlandı

Danışa bilməyən insanlar üçün yeni cihaz hazırlandı

ABŞ alimləri danışa bilməyən insanların ünsiyyət qurmasına kömək edə biləcək yeni cihaz hazırlayıblar. 

 

Sfera.az “Cumhuriyet” saytına istinadən xəbər verir ki, beyin dalğalarını səsə çevirən bu cihaz, 18 il əvvəl iflic keçirərək danışma qabiliyyətini itirən 47 yaşlı qadının beyninə yerləşdirilib.

 

Tədqiqatçılar cihazı beynin danışıq mərkəzinə birbaşa yerləşdirərək, həmin bölgədən gələn siqnalları davamlı şəkildə analiz ediblər. Pasiyent müəyyən cümlələri zehnində canlandırdıqda, elektrodlar vasitəsilə beyin siqnalları qeydə alınıb və onun iflic keçirmədən əvvəlki səs yazılarından istifadə edilərək düşüncələr real vaxt rejimində səsli nitqə çevrilib.

 

Hələlik sınaq mərhələsində olan bu texnologiya gələcəkdə danışa bilməyən insanlara kömək edə bilər. 

 

Fidan Hacızadə 
 


OXŞAR XƏBƏRLƏR