Süni intellekt bu şəxsləri İŞSİZ QOYACAQ

Süni intellekt bu şəxsləri İŞSİZ QOYACAQ

Süni intellekt (Sİ) texnologiyaları sürətlə inkişaf edərək bir çox sahədə tətbiq olunur və işçi qüvvəsinə olan tələbatı dəyişdirir. Bu texnologiyalar məhsuldarlığı artırsa da, bəzi sahələrdə iş yerlərinin azalmasına səbəb ola bilər. 


Bəs hansı sahələrdə insan əməyinə ehtiyac qalmayacaq?


Sfera.az tədqiqat, statistika və elmi araşdırmalar əsasında hazırladığını analizini təqdim edir:


Süni intellektin təsir etdiyi sahələrdən biri istehsalat və sənaye sektorudur. Belə ki, avtomatlaşdırılmış robotlar və maşınlar artıq istehsalat proseslərində insan işçiləri əvəz edir. Avtomobil istehsalı kimi sahələrdə robotlar montaj, qaynaq və rəngləmə kimi işləri daha sürətli və dəqiq şəkildə yerinə yetirir. McKinsey & Company tərəfindən yayımlanan bir hesabat göstərir ki, istehsalat işlərinin təxminən 60%-i avtomatlaşdırıla bilər.


Avtonom nəqliyyat vasitələri gələcəkdə sürücülərə ehtiyacı azalda bilər. "Tesla" və "Waymo" kimi şirkətlər artıq avtonom avtomobilləri sınaqdan keçirir, bu isə yük maşını sürücüləri və taksi xidməti işçiləri üçün təhlükə yaradır. PwC proqnozlarına görə, 2030-cu ilə qədər dünya üzrə nəqliyyat işlərinin 30%-i avtomatlaşdırıla bilər.


Süni intellekt vasitəsilə mühasibatlıq, kredit analizi və müştəri dəstəyi kimi işlər də avtomatlaşdırılır. Chatbotlar və algoritmlər müştəri sorğularını cavablandırmaqla yanaşı, investisiya tövsiyələri də verir. Oxford Universitetinin araşdırmasına əsasən, bank xidmətlərində avtomatlaşdırma səviyyəsi 43%-ə çata bilər.


Yeniliklər sağlamlıq sahəsinə də təsirsiz ötüşmür. Süni intellekt diaqnostika və məlumat analizi işlərini sürətləndirir, bəzi texniki personal işlərini itirə bilər. IBM-in Watson texnologiyası xəstəliklərin erkən mərhələdə aşkarlanmasında istifadə olunur.


Gələcəkdə insana ehtiyacın qalmayacağı işlər əsasən mühasibatlıq, məlumat daxil etmə, kuryer xidməti kimi rutin təkrarlanan işlər, maşın sürücüləri, kassirlər, anbar işçiləri kimi avtonom xidmətlər ola bilər. Həmçinin müştəri xidməti operatorları və IT dəstək komandalarının bir çoxu süni intellektlə əvəz edilə bilər.
Dünya İqtisadi Forumu (WEF) tərəfindən yayımlanan bir hesabat göstərir ki, 2025-ci ilə qədər 85 milyon iş avtomatlaşdırma səbəbindən yox ola bilər.


İşsiz qalanlar siyahısında aşağı ixtisaslı işçilər, yeni texnologiyalara uyğunlaşmayan şəxslər, avtomatlaşdırıla bilən sahələrdə çalışanların olacağı proqnozlaşdırılır.
Yaradıcı və analitik düşüncə tələb edən işlər isə avtomatlaşdırmadan daha az təsirlənəcək. Süni intellekt idarəçiliyi, data analitikası və kibertəhlükəsizlik kimi sahələrdə iş yerləri artacaq.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...